Gündəm

“Türkiyə oranı ələ keçirir!” - İsrail TƏLAŞDA

22 İyun 2017 11:59

Türkiyə Şərqi Qüdsdəki fələstinlilərə dəstək göstərir və şəhərin müsəlman kimliyini gücləndirməyə çalışır. Bu haqda İsrailin Baş naziri Benyamin Netanyahuya yaxınlığı ilə tanınan “Israel Hayom” qəzeti yazıb. “Ərdoğanın Tapınaq Təpəsində (Məscidi-i Əqsa) güclənməsi” başlıqlı yazıda Osmanlı İmperiyasının süqutundan bir əsr sonra Türkiyənin şəhərin şərqinə milyonlarla dollar axıtdığı qeyd olunub. Nəşr Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) 2004-ci ildən bu yana milyonlarla dollar xərclədiyi 63 layihəni tamamladığını qeyd edib.

Dələduzluqda təqsirləndirilən sabiq MTN polkovnikinin məhkəməsi başlayıb

22 İyun 2017 11:56

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

QMİ: adambaşına 5-10 manat fitrə-zəkatının verilməsi məsləhətdir

22 İyun 2017 11:53

Azərbaycanda bu il fitrə zəkatının məbləği adambaşına 5-10 manat arası məsləhət görülür. “Olaylar” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin yaydığı açıqlamada belə deyiir.

Ermənistana məxsus PUA məhv edilib

22 İyun 2017 11:50

İyunun 21-i axşam saatlarında cəbhənin Tərtər istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Cəbhədə növbəti monitorinq keçiriləcək

22 İyun 2017 11:49

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 23-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Ermənilər 140 dəfə atəşkəsi pozub

22 İyun 2017 11:46

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan (52 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 140 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Məzəm, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Azad edilmiş ərazilər uğrunda YENİ SAVAŞ: Müharibə indi BAŞLANIR

22 İyun 2017 11:44

Bazar günü, iyunun 18-də ABŞ Hərbi-Dəniz Qüvvələrinin F-18 “Xornet” qırıcısı Suriya hərbi təyyarəsini vurdu. Bu, faktiki olaraq, bir ölkəyə qarşı ABŞ Konqresinin elan etmədiyi və icazə vermədiyi müharibə aktıdır.

Türkiyədə ağır döyüşlər: Şəhidlər var

22 İyun 2017 11:40

Türkiyənin Bitlis vilayətinin Tatvan mahalında təhlükəsizlik gücləri ilə PKK terror təşkilatı arasında silahlı qarşıdurma baş verib. Qarşıdurmada ağır yaralanan iki əsgər xəstəxanada şəhid olub. 

"Qəbələ"nin ilk mərhələdə son sınağı

22 İyun 2017 11:38

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ" bu gün növbəti sınaq matçına çıxacaq. "Qırmızı-qaralar" Bolqarıstanın "Ludoqorets" klubu ilə üz-üzə gələcək. Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində məskunlaşmış təmsilçimiz 5-ci yoxlama matçını keçirəcək. Daha əvvəl yerli "Fulpmes" (8:0) və Rusiya Premyer Liqa təmsilçisi "Axmat"la (0:1) qarşılaşmış "qırmızı qaralar" hər oyun bir hissədən ibarət olan turnirdə isə "Vakker" (0:1) və Bolqarıstan MOİK-i (0:2) ilə də oynayıb.

Tağı Əhmədov: "3 milyon manatı haradan əldə etməyimin heç kəsə dəxli yoxdur"

22 İyun 2017 11:36

Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam edlr.

İrəvanda üsyan çağırışı: "Silahlanın, Serji və bandasını fiziki məhv edin"

22 İyun 2017 11:33

Ermənistanda ötən ilin iyul ayında polis polkunun binasını ələ keçirmiş "Sasna Tsrer" silahlı qruplaşmasının işi üzrə məhkəmədə qalmaqallı çağırış səslənib.  Qrupun üzvü Varujan Avetisyan silahlı üsyana və prezident Serj Sərkisyanı fiziki məhv etməyə çağırıb.

"Barselona": Verratti olmasın, Kondoqbia olsun

22 İyun 2017 11:30

PSJ-nin yarımmüdafiəçisi Marko Verrattini transfer etməkdə çətinlik çəkən "Barselona" rəhbərliyi diqqəti başqa futbolçuya yönəldib.  Kataloniya klubu alternativ variant kimi, "İnter"in üzvü Joffrey Kondoqbia ilə maraqlanır. "Barsa"nın transfer işləri ilə məşğul olan nümayəndəsi Ariedo Brayda qarşı tərəflə təmasa keçib. "İnter" rəsmiləri bu təklifi hələlik cavablandırmayıblar. Bununla belə, Kondoqbianın İspaniyaya köçmək ehtimalı yüksək dəyərləndirilir.

"Xəyanəti öyrəndiyim gün boşanmağa qərar verdim"

22 İyun 2017 11:28

Model Demet Şener 11 illik basketbolçu həyat yoldaşı İbrahim Kutluaydan boşanmasından danışıb.  "Şamdan dergisi"nə müsahibə verən Demet ayrılmalarında keçmiş ərini günahlandırıb: "Bizimki kağız üzərində evlilik deyildi, sevgiylə dolu idi. Ona görə bu hadisə məndə şok effekti yaratdı. "İbrahim heç vaxt xəyanət etməz" deyirdim, ona çox arxayın idim. Mənim vicdanım, qəlbim rahatdır. Qəlbim qırılıb, amma heç bir peşmanlığım yoxdur. Geriyə baxmıram. Xəyanəti öyrəndiyim gün boşanmağa qərar verdim. Mən bunu qəbul edib xoşbəxt ola bilməzdim".

İdlibdə bombalı hücum: 7 ölü

22 İyun 2017 11:23

Suriyanın şimalında yerləşən İdlib bölgəsində dəhşətli hadisə baş verib. İdlibin mərkəzində üzərinə bomba yüklənmiş motosikletletin partladılması nəticəsində 7 nəfər həyatını itirib, 12 nəfər ağır yaralanıb.

İzmirdə partlayış: NATO-nun binası zərər gördü

22 İyun 2017 11:21

Türkiyənin İzmir şəhərində qəbiristanlıqda partlayış olub. Hadisə nəticəsində yaxınlıqda yerləşən NATO-ya məxsus ərazidəki binanın divarında çat əmələ gəlib. Polis səhər saatlarında baş vermiş partlayışın səbəblərini araşdırır.