QMİ: adambaşına 5-10 manat fitrə-zəkatının verilməsi məsləhətdir

Azərbaycanda bu il fitrə zəkatının məbləği adambaşına 5-10 manat arası məsləhət görülür. “Olaylar” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin yaydığı açıqlamada belə deyiir.

Azərbaycanda bu il fitrə zəkatının məbləği adambaşına 5-10 manat arası məsləhət görülür. "Olaylar" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin yaydığı açıqlamada belə deyiir. QMİ-nin açıqlamasında  qeyd olunub ki, orucun mühüm əməllərindən biri olan fitrə-zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün imkansızlara, ehtiyacı olan ailələrə fitrə zəkatı verməsi vacib olduğunu ildirən Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq,  adambaşına 5-10 manat arası fitrə-zəkatının verilməsi məsləhət görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31