Gündəm
Novxanı çimərliyi: çay içmək istəyirsizsə, masa kirayələməlisiniz
İyunun 15-dən ölkə ərazisində çimərlik mövsümü rəsmən açılıb. Müvafiq strukturlar isə yenə də ənənəvi monitorinq nəticələrini açıqlayıblar. Bu monitorinqə görə, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərindən başqa bütün çimərliklər çimmək üçün yararlı hesab olunur. Lakin çimərlik mövsümünün rəsmən açılmasından bir həftə keçsə də hələ çimərlik havası deyil, Bakıda havalar küləkli və sərin keçir.
XİN sözçüsü: "Həmsədrlər Azərbaycandakı ictimai etirazdan nəticə çıxarmalıdırlar"
"Cənubi Qafqazda regional təhlükəsizlik çatışmazlığı var, bunun da kökündə Dağlıq Qarabağ münaqişəsi durur". Bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən "Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət" mövzusunda beynəlxalq ictimai forumda "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi" mövzusunda məruzə ilə çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
Rufiz Qonaqov: “Ermənistanın işğalçılıq siyasəti region üçün böyük təhlükəyə çevrilib”
İyunun 22-də Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Ermənistanın işğalçılıq siyasətinın yaratdığı problemlər və regional təhlükəsizliyə təsiri” layihəsi çərçivəsində “Ermənistanın işğalçılıq siyasəti: Regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda ictimai forum keçirib. Forumda Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin səfirləri, media, Millət Vəkilləri, Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, QHT və KİV rəhbərləri, ziyalılar, tanınmış ekspertlər iştirak edib.
Günel Məmmədovanın yeni kitabı
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri Günel Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının seolitləri, mövcud istifadəsi və perspektivləri” kitabı işıq üzü görüb.
“Səngəçal dəniz - Duvannı dəniz - Xərə-Zirə” yatağında 2D seysmik işləri aparılır
“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İdarəsi “Səngəçal dəniz-Duvannı dəniz - Xərə-Zirə” yatağında 2D seysmik işləri uğurla davam etdirir.
Paytaxtın bir neçə küçəsində hərəkət məhdudlaşdırılacaq
"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolların və piyada keçidlərinin yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
104 nəfərə əczaçı – bakalavr diplomu verilib
Aazərbaycan Tibb Universitetinin (ATU) əczaçılıq fakültəsində bakalavr pilləsində buraxılış işlərinin müdafiəsi başa çatıb. “Olaylar” xəbər verir ki, fakültənin dekanı, professor Tahir Süleymanov müdafiənin uğurla tamamlandığını deyib: “Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəlinin 2 iyun 2017-ci il tarixli 259 T əmri ilə Universitetin Əczaçılıq fakültəsinin Bakalavr pilləsində Buraxılış işlərinin müdafiəsini həyata keçirmək üçün tərkibi 9 nəfərdən ibarət dövlət Atestassiya Komissiyası yaradılıb.
Deputat: "Ya Nalbandyan Ermənistanın XİN rəhbəri deyil, ya da ...”
“Yalan danışmaq, özünə aid olan cəhətləri başqasının adına çıxarmaq, beynəlxalq ictimaiyyəti aldatmaq, özünü qeyri-ciddi aparmaq Ermənistan hakimiyyətinin fəaliyyət formalarından biridir”.
400 minlik toyu ilə gündəm yaradan məmur qızına vəzifə verildi
Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı videobloger Aysel Şükürova telekanalların birində veriliş aparcaq. Bu barədə məşhur bloger sosial şəbəkədə məlumat verib.
Türkiyə Qətərə zirehli texnika göndərir
Türkiyə Qətərə zirehli texnika göndərir. Bu barədə Trend Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat verir. Məlumata əsasən, bu gün Dohaya 25 hərbi qulluqçu və 4 zirehli nəqliyyat vasitəsi yola salınacaq.
Makron: Trampın siyasəti bütün dünya üçün narahatlıq mənbəyidir
ABŞ Prezidenti Donald Trampın hansı xarici siyasət yürüdəcəyi qabaqcadan bilinmir ki, bu da dünya ictimaiyyəti üçün narahatlıq mənbəyidir. Bunu Fransa Prezidenti qismində Avropa mətbuatına ilk müsahibəsini verən Emmanuel Makron deyib.
Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır
2017-2018-ci tədris ili üçün paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Artıq valideynlər elektron ərizəni dolduran zaman məktəb və təlim dili ilə yanaşı, müəllim seçimini də sistem vasitəsilə yerinə yetirirlər.
Paytaxtda 5 yaşlıların 65 faizi məktəbə hazırlığa cəlb edilə bilər
Növbəti tədris ilində Bakıda bütün 5 yaşlıların 65 faizinin məktəbə hazırlığa cəlb edilməsi nəzərdə tutulub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, 2015-ci ildə məktəbəhazırlıq proqramı bütün 5 yaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub.
İsrail polisi: İsrailli tələbələr Ermənistanda saxta tibb diplomları alır
İsrail polisi tələbələrin Ermənistanda saxta tibb diplomları alması barədə İsrail Səhiyyə Nazirliyinin şikayətini nəzərdən keçirir. Bu barədə İsrailin “The Marker” nəşri yazır.
Prezident İlham Əliyev: Azərbaycan-Moldova münasibətlərinə əhəmiyyətli dinamika vermək vacibdir ki, çox iş görmək mümkün olsun
Azərbaycan-Moldova münasibətlərinə əhəmiyyətli dinamika vermək vacibdir ki, çox iş görmək mümkün olsun. Bunu Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Moldova Prezidenti İqor Dodonla təkbətək görüşündə deyib.














