Paytaxtın bir neçə küçəsində hərəkət məhdudlaşdırılacaq
"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolların və piyada keçidlərinin yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
22 İyun 2017 12:27 Sosial"Azəravtoyol" ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolların və piyada keçidlərinin yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. Səhmdar Cəmiyyətin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, iyunun 22-i səhər saat 10:00-dan etibarən Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski küçəsinə kimi) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.
Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.