Günel Məmmədovanın yeni kitabı

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri Günel Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının seolitləri, mövcud istifadəsi və perspektivləri” kitabı işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri Günel Məmmədovanın "Naxçıvan Muxtar Respublikasının seolitləri, mövcud istifadəsi və perspektivləri" kitabı işıq üzü görüb.

Bölmədən "Olaylar" - a bildirilib ki, Bakı Dövlət Universitetinin professoru, geologiya-mineralogiya elmləri doktoru, Məmməd Çıraqovun elmi məsləhətçiliyi və redaktorluğu ilə dərc olunan kitab ön söz, giriş, üç fəsil və ədəbiyyat siyahısından ibarətdir.

Nəşrdə müasir analiz metodlarından istifadə etməklə Naxçıvan Muxtar Respublikasının təbii mineralı - seolitin termiki davamlılığı, dehidratlaşma xüsusiyyətləri, aqressiv mühitə davamlılığı, ion-mübadilə xassələri öyrənilib, seolitlərə xas olan quruluş kəmiyyətləri hesablanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31