Makron: Trampın siyasəti bütün dünya üçün narahatlıq mənbəyidir

ABŞ Prezidenti Donald Trampın hansı xarici siyasət yürüdəcəyi qabaqcadan bilinmir ki, bu da dünya ictimaiyyəti üçün narahatlıq mənbəyidir. Bunu Fransa Prezidenti qismində Avropa mətbuatına ilk müsahibəsini verən Emmanuel Makron deyib. 

ABŞ Prezidenti Donald Trampın hansı xarici siyasət yürüdəcəyi qabaqcadan bilinmir ki, bu da dünya ictimaiyyəti üçün narahatlıq mənbəyidir. Bunu Fransa Prezidenti qismində Avropa mətbuatına ilk müsahibəsini verən Emmanuel Makron deyib. E.Makronun sözlərinə görə, D.Tramp hələ də öz xarici siyasətinin konseptual əsasını hazırlamayıb: "Ona görə də onun siyasətini qabaqcadan proqnozlaşdırmaq çətindir və bu, bütün dünya üçün narahatlıq mənbəyidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31