Gündəm

Saşa: ""İnter" əvvəlki gücündə deyil"

22 İyun 2017 13:10

Uzun müddət "Neftçi"də çıxış etmiş, hazırda Qazaxıstanın "Okjetpes" klubunun şərəfini qoruyan serbiyalı qolkiper Saşa Stamenkoviç ölkəsinin mətbuatına açıqlama verib.

Daxili orqanında heroin, tiryək, həşiş qətranı və metadon aşkar edildi

22 İyun 2017 13:06

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, şəxsi yoxlama zamanı zərurət yarandığı üçün sözügedən vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, həmin şəxsin düz bağırsağında narkotik vasitələr - 2 ədəd bükümdə ümumi xalis çəkisi 57,2 qram olan heroin, 1 bükümdə xalis çəkisi 6,0 qram olan tiryək, 1 bükümdə xalis çəkisi 1,981 qram olan həşiş qətranı, eləcə də 4 ədəd metadon adlı həb aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Gizlədilən narkotik vasitə xidməti itin köməyi ilə aşkara çıxarıldı

22 İyun 2017 13:07

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşının idarə etdiyi "Scania" markalı, 74B260-10 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib.

Sənubər İsgəndərlidən həmkarına: "Mənə olan sevgini qəbiristanlıqda basdırdım" - VİDEO

22 İyun 2017 12:56

ARB TV-nin "Gəlin danışaq" proqramının qonağı olan əməkdar artist Əjdər Həmidov maraqlı açıqlamaları ilə diqqət çəkib. Proqram zamanı əməkdar artistin rol aldığı "Kişi sözü" filmindən qəbiristanlıqda çəkilən səhnə yayımlanıb.  Həmin filmdə aktyorun tərəf müqabili olan xalq artisti, aktrisa Sənubər İsgəndərli müsahibə zamanı həmkarı barəsində ürək sözlərini bölüşüb: "Əjdərlə ikimizin debütü olub filmdə. İkimiz də eyni həyəcanı keçirirdik. Film, kamera nə idi bilmirdik. O vaxtdan başlayan dostluğumuz, artıq 30 il keçib üzərindən, amma hələ də davam edir. Heç vaxt şöhrət başını gicəlləndirməyib. Əjdər elə odur. Çəkisi belə artmadı. Xarici görkəmi belə dəyişmədi. Əjdər, mənə olan sevgini qəbiristanlıqda basdırdım. Amma o "Qasımçik" idi. Bilirəm ki, mənə olan dostluğun sənin ömürlükdür. Çünki bu qarşılıqlıdır. Sənə xəstəlik yaraşmır. Heç vaxt xəstələnmə".

Səmərqənddə “Azərbaycan milli libasları - Qarabağ geyimləri” sərgisi açılıb

22 İyun 2017 12:57

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi və təşkilatçılığı ilə Səmərqənddə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində şəhərin Mərkəzi park-bulvarında “Azərbaycan milli libasları - Qarabağ geyimləri”nin dəb sərgisi keçirilib.

Məleykə: "Məni ruhdan salmaq üçün dedi-qodu yayanlar..."

22 İyun 2017 12:54

Xalq artisti Məleykə Əsədova 90-cı illərdə şəklinin şokolad qutularının üzərinə vurulmasından danışıb.   "10-dan sonra" verilişinin qonağı olan aktrisa həmin şəkillərin müqavilə əsasında qutulara vurulduğunu deyib:  "1997-1998-ci illərdə həmin şokolad qutuları Türkiyədən gətirilirdi. Müqaviləmiz var idi.

Tutulan erməni kəşfiyyatçı ilə bağlı tərəflərlə dialoq başladı

22 İyun 2017 12:52

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ötən gün Azərbaycan hərbçiləri tərəfindən saxlanılan erməni ilə bağlı tərəflərlə dialoqa başlayıb. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, BQXK saxlanılan şəxsə baş çəkmək üçün aidiyyəti tərəflərlə ikitərəfli konfidensial dialoq aparır: "Münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmə beynəlxalq humanitar hüquq normalarına görə BQXK-nın mandatıdır".

“Cəlilabad” ticarət mərkəzi yanıb

22 İyun 2017 12:49

Cəlilabad şəhərində fəaliyyət göstərən “Cəlilabad” ticarət mərkəzində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə   ümumi sahəsi 4600 m2 olan “Cəlilabad” ticarət mərkəzinin  dam örtüyünün yanar konstruksiyaları 120 m2 sahədə, içərisində olan müxtəlif mağazalar və əşyalar 400 m2  sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

DİN arvadı və 40 günlük körpəsini öldürən şəxs barədə məlumat yaydı

22 İyun 2017 12:47

Daxili İşlər Nazirliyi (DİN) arvadı və 40 günlük körpəsini qətlə yetirən şəxs barədə məlumat yayıb. “Olaylar” xəbər verir ki, DİN-in məlumatına görə, uyunun 21-də Daşkəsən rayonunun Şahvələdli kəndində kənd sakini Kamilə Məmmədovanın və 40 günlük qızının küt alətlə qətlə yetirilən meyitləri evlərində tapılıb.  Polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən K.Məmmədovanın əri, əvvəllər məhkum olunmuş Raqif Ələkbərov tutulub.

Təcridxanada uşaq dünyaya gətirən qadına hökm oxunub

22 İyun 2017 12:44

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Gülşən Bəkirova, Zoya Nadirova və Xalidə Bəkirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Azər Orucovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, G. Bəkirova 8 il, X. Bəkirova 8 il 6 ay müddətinda azadlıqdan məhrum edilib. Z. Nadirova isə 3000 min manat məbləğində cərimə edilib.

Zaxarova: “Həmsədrlərin son bəyanatı Rusiya XİN-in mövqeyini tam əks etdirir”

22 İyun 2017 12:43

“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin yekunlarına dair bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı mövqeyini tam əks etdirir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. 

İŞİD Mosulu tərk edən ailələrin uşaqlarını öldürür - UNİCEF

22 İyun 2017 12:41

İŞİD İraqın Mosul şəhərini tərk etmək istəyən ailələrin uşaqlarını öldürür. Bu barədə BMT-nin Uşaq Fondu (UNİCEF) məlumat yayıb.

İtaliyada ilk dəfə olaraq Azərbaycan film festivalı

22 İyun 2017 12:41

 İyunun 22-24–də Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evində İtaliyada ilk dəfə olaraq Azərbaycan film festivalı keçiriləcək. Kinostudiyadan “Olaylar” - a  bildirilib ki, festival Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin İtaliyadakı səfirliyinin və digər qurumların  dəstəyi ilə təşkil olunacaq. Festivalın keçirilməsində məqsəd Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələri gücləndirməkdi. Festivala iyunun 22-də “Əli və Nino” filminin nümayişi ilə start veriləcək. Açılışda filmin nümayişindən öncə İtaliyanın kino və akademik dairələrinin nüfuzlu nümayəndələrinin çıxışları nəzərdə tutulur.

Polşada kütləvi məzar aşkar edildi

22 İyun 2017 12:42

 Polşanın  şərqində 150 il əvvəl yaşanan döyüş əsnasında ölən Rus əsgərlərinə aid kütləvi məzar aşkar edilib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirirlər ki, toplu məzarda təxminən 80 əsgərin olduğu, yan-yana basdırılan əsgərlərin cəsədlərin çoxunda maraqlı bir detal gözə dəyib. Belə ki, cəsədlərin hamısında  basdırılarkən ağzlarının  qışqıraraq açıq olması Arxeoloqların diqqətinə  səbəb olur. Qalıqlar Zerdz şəhərindəki Lublin Warsaw ekspres quru yolu üzərində arxeoloqların reallaşdırdığı işlər əsnasında ortaya çıxarıldı.

Azərbaycana  gətirilən oğurluq maşın gömrükdə saxlanıldı

22 İyun 2017 12:40

Avtonəqliyyat Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşı Cəfərov Zakir İsrafil oğlu tərəfindən “Sərbəst dövriyyə üçün buraxılış” gömrük rejimində rəsmiləşdirmək üçün ölkəyə gətirilmiş 2016-cı il buraxılışlı “MERCEDES BENZ VİTO TOURER” markalı nəqliyyat vasitəsinə baxış keçiriblər.