İŞİD Mosulu tərk edən ailələrin uşaqlarını öldürür - UNİCEF
İŞİD İraqın Mosul şəhərini tərk etmək istəyən ailələrin uşaqlarını öldürür. Bu barədə BMT-nin Uşaq Fondu (UNİCEF) məlumat yayıb.
22 İyun 2017 12:41 DünyaİŞİD İraqın Mosul şəhərini tərk etmək istəyən ailələrin uşaqlarını öldürür. Bu barədə BMT-nin Uşaq Fondu (UNİCEF) məlumat yayıb. UNİCEF-in İraqdakı nümayəndəsi Piter Hokins bildirib ki, İŞİD uşaqlardan müharibədə vasitə kimi istifadə edir: "Bu, bir daha sübut edir ki, bu müharibə nə qədər qarışıq və faciəlidir". Piter bildirib ki, insanlar Mosulu tərk etməsinlər deyə terrorçuların uşaqları öldürməsinə dair təşkilatın əlində sənədli sübutlar var. UNİCEF-in məlumatına görə, İŞİD-in 2014-cü ildə işğalından bəri ölkədə 1075 uşaq ölüb. Qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31