Məleykə: "Məni ruhdan salmaq üçün dedi-qodu yayanlar..."

Xalq artisti Məleykə Əsədova 90-cı illərdə şəklinin şokolad qutularının üzərinə vurulmasından danışıb.   "10-dan sonra" verilişinin qonağı olan aktrisa həmin şəkillərin müqavilə əsasında qutulara vurulduğunu deyib:  "1997-1998-ci illərdə həmin şokolad qutuları Türkiyədən gətirilirdi. Müqaviləmiz var idi.

Xalq artisti Məleykə Əsədova 90-cı illərdə şəklinin şokolad qutularının üzərinə vurulmasından danışıb.   "10-dan sonra" verilişinin qonağı olan aktrisa həmin şəkillərin müqavilə əsasında qutulara vurulduğunu deyib:  "1997-1998-ci illərdə həmin şokolad qutuları Türkiyədən gətirilirdi. Müqaviləmiz var idi. Qutulara mənim rəsmlərim vurulurdu, amma bir-iki ildən sonra dayandırdım, icazə vermədim. Özü də tapşırırdım ki, mənim şəklim olan qutularda keyfiyyətli şokoladlar olsun. Mələkxanım Əyyubovanın da şəkilləri vurulurdu. Amma sonra şəkillər çoxaldı, biz istəmədik". 

Məleykə Əsədova gözəlliyinin genetika ilə bağlı olduğunu deyib:  "Gözəlliyimin səbəbi genetikamdır, anamdan, atamdan keçən qandır. Mən hər şeydə gözəllik axtarıram. Pis nə varsa, ondan qaçıram. Məni ruhdan salmaq üçün dedi-qodu yayanların xəbərləri yoxdur ki, onlara gülürəm və ruhlanıram. Daha da yeni obrazlar, şeirlər, musiqi gələcək. Sentyabrda yeni obrazımla mövsümü açacağıq". Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31