“Cəlilabad” ticarət mərkəzi yanıb
Cəlilabad şəhərində fəaliyyət göstərən “Cəlilabad” ticarət mərkəzində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 4600 m2 olan “Cəlilabad” ticarət mərkəzinin dam örtüyünün yanar konstruksiyaları 120 m2 sahədə, içərisində olan müxtəlif mağazalar və əşyalar 400 m2 sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
22 İyun 2017 12:49 SosialCəlilabad şəhərində fəaliyyət göstərən "Cəlilabad" ticarət mərkəzində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 4600 m2 olan "Cəlilabad" ticarət mərkəzinin dam örtüyünün yanar konstruksiyaları 120 m2 sahədə, içərisində olan müxtəlif mağazalar və əşyalar 400 m2 sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.