Gündəm
Afaq Bəşirqızı: “Sonra Orxan Pamukdan incidim”
Bilirsiniz ki, Sumqayıt Dövlət Dram Teatrı mənim üçün doğma yerdir. Ömrümün, yaradıcılığımın 15 ilini bu teatra sərf etmişəm. Bu yaxınlarda hiss etdim ki, mənə əziz olan bu teatra kömək lazımdır. Bunu öz vicdanım, öz istəyimlə etdim. Əlbəttə, bu barədə cənab nazirin də mənə təklifi oldu. Dedi ki, Afaq, teatr üçün nə edə bilərik? İsi Məlikzadə vaxtilə mənim üçün iki tamaşa yazıb: “Hərənin öz ulduzu” və “Subaylarınızdan görəsiniz”. İkinci tamaşanı teatrın baş rejissoru Firudin Məhərrəmovun quruluşunda bərpa formasında oynadıq.
Hindistandan QƏRAR: Qətərə əlavə reyslər təşkil edilsin
Hindistan hökuməti yerli aviaşirkətlərə Qətərə əlavə reyslərin həyata keçirilməsi ilə bağlı müraciət edib. Bu qərar Ramazan bayramı günlərində və ondan sonrakı müddətdə sərnişindaşımada yaranan böyük tələbatla bağlıdır. Hindistanın mülki aviasiya naziri Aşok Qacapati bildirib ki, əlavə reyslərin həyata keçirilməsi iki aviaşirkətə tapşırılıb. Reyslər əsasən Dohadan Hindistanın Trivandram, Koççi və Mumbay şəhərlərinə olacaq.
Sabah 32 dərəcə isti olacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Bankın yaxınlığında partlayış: 24 nəfər öldü, 60 nəfər yaralandı - Əfqanıstanda - YENİLƏNİB
Əfqanıstanın cənubunda yerləşən Gilmənd əyalətinin Ləşgərgah şəhərində "New Kabul Bank" nümayəndəliyinin yaxınlığında avtomobilin partlaması nəticəsində azı 24 nəfər ölüb, 60 nəfər isə xəsarət alıb.
İranlı Mühacirlər Cəmiyyəti Qadınlar Təşkilatının yığıncağı keçirilib
İyunun 21-də İranlı Mühacirlər Cəmiyyəti Qadınlar Təşkilıatının yığıncağı keçirilib. Yığıncağı təşkilatın sədri Mominat Puhən açaraq bu ilin əvvvəllərində yenidən bərpa olunan qurumun gördüyü işlər barədə qısa məlumat verib. O bu müddətdə onlarca mühacir ailəsinə mənsub qadının yenidən təşkilata üzv olduğunu, İMC-nin keçirdiyi bütün diqqətə layiq tədbirlərdə yaxından iştirak etdiklərini bildirib. Sədr fəaliyyət dairəsinin genişləndirilməsi üçün üzvlərin daha təşəbbüskar olmasının vacibliyinə diqqəti çəkib.
Terrorçular vətəndaşlıqdan məhrum ediləcəklər
Qazaxıstan Parlamentinin yuxarı palatası terrorçuluq və digər ağır cinayətlərə görə vətəndaşlıqdan məhrum etməni nəzərdə tutan qanun layihəsini qəbul edib. Yeni qanuna əsasən, terror aktı törətməkdə və ya terror qruplaşması yaratmaqda və başçılıq etməkdə təqsirli bilinən şəxslər həbs cəzası ilə yanaşı vətəndaşlıqdan məhrum ediləcək.
Toplu məzar tapılıb: "Rus əsgərləri ağzı açıq..."
Polşada "Lublin Warsaw" avtomobil yolunun yaxınlığında aparılan arxeoliji qazıntılar zamanı rus əsgərlərinin basdırıldığı kütləvi məzarlıq tapılıb. Məzarlıq 150 il əvvələ aiddir.
"Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri zərərçəkmişlərə dəyən ziyanın 10,5 milyon manatını ödəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində “Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.Prosesə sədrlik edən hakim Əfqan Hacıyev bildirib ki, təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmişlərə vurulan 19 milyon manat ziyandan 10 milyon 500 min manat ödənilib. Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyib.
Prezident İlham Əliyev: "Azərbaycan-Moldova münasibətlərinin dinamik inkişafı üçün yaxşı təməl qoyuruq"
zərbaycan-Moldova münasibətlərinin dinamik inkişafı üçün yaxşı təməl qoyuruq. Bunu Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Moldova Prezidenti İqor Dodonla geniş tərkibdə görüşündə deyib.
Gəlini intihar edən şairədən İLGİNC AÇIQLAMA: ""Balkon"a çıxıb şou göstərirdi"
Ötən ay yaşadığı binanın eyvanından özünü ataraq intihar etmiş Bakı şəhər sakini Susana Şərifovanın qayınanası - şairə, Yazıçılar Birliyinin üzvü Simuzər Nüsrətbəyli oğlunun həbs edilməsi ilə razılaşmır.
Sarkisyanın Brüssel səfərinin SİRRİ ORTAYA ÇIXDI: Putinin Qarabağ planına qarşı HƏMLƏ
Bu gün Ermənistan prezidenti Serj Sarkisyan Brüsselə yola düşüb. Ermənistan prezidenti Avropa Xalq Partiyasının sammitində iştirak edəcək. Sarkisyanın səfəri Avropa İttifaqının Ermənistandakı səfiri Pyotr Svitalskimlə mübahisə fonunda diqqət çəkir. İrəvan səfiri ölkənin daxili işlərinə müdaxilə etməkdə ittiham edib. Səfir isə cavabında bildirib ki, Avropa İttifaqı İrəvan xahiş etdiyi üçün Ermənistana kömək edir. Əgər lazım deyilsə, bunu etməyə bilərlər. İstisna deyil ki, Sarkisyan Brüsseldə münasibətləri yoluna qoymağa çalışacaq. Lakin ehtimal olunur ki, səfər qədər səfirlə mübahisəni Sarkisyan bilərəkdən yaradıb və Brüsseldə bu hay-küydən "kozır" kimi istifadə edəcək.
Konfederasiyalar kubokunda 2 oyun keçiriləcək
Bu gün Konfederasiyalar Kuboku - 2017-də B qrupunda 2-ci turun oyunları keçiriləcək. Əvvəlcə Kamerun Avstraliya millisi ilə üz-üzə gələcək. Günün digər görüşündə isə Almaniya yığması Çili ilə qarşılaşacaq.
"Barselona"nın futbolçusu İspaniya millisindən imtina edir
"Barselona"nın hücumçusu Munir əl-Həddadi Mərakeş millisinin şərəfini qorumaq istəyir. 21 yaşlı futbolçu 2014-cü ilin sentyabrında İspaniya millisində debüt etdiyinə görə bu stəyi qeyri-mümkündür. Munir mayda mərakeş vətəndaşlığını qəbul etmək üçün sənəd imzalayıb.
Əmək Nazirliyi və UNİCEF arasında 2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı çərçivəsində görülən işlər və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub
Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, bunun üçün onların və ailələrinin sosial xidmətlərə əlçatanlığının təmin olunması ölkəmizdə aparılan sosial siyasətin əsas hədəflərindəndir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə BMT Uşaq Fondunun (UNİCEF) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşdə bildirib.
Bakıda faciəvi şəkildə ölən Susananın anasından ŞOK İDDİALAR
May ayında Bakı şəhərinin Nəsimi rayonunda yaşadığı binadan özünü ataraq intihar edənSusana Şərifovanın anası hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciət edib. Lənkəran rayon sakini olan Şərifova Olqa Alekseyevna iddia edib ki, qızı, əslində, intihar etməyib, öldürülüb. O, nəvələri Nərgizin vəNəzrinin onun himayəsinə verilməsini də xahiş edib: "Mən Şərifova Olqa Alekseyevna. Mənim qızımı Şərifova Susana Şakir qızını öldürüblər.














