Bankın yaxınlığında partlayış: 24 nəfər öldü, 60 nəfər yaralandı - Əfqanıstanda - YENİLƏNİB
Əfqanıstanın cənubunda yerləşən Gilmənd əyalətinin Ləşgərgah şəhərində "New Kabul Bank" nümayəndəliyinin yaxınlığında avtomobilin partlaması nəticəsində azı 24 nəfər ölüb, 60 nəfər isə xəsarət alıb.
22 İyun 2017 13:55 DünyaƏfqanıstanın cənubunda yerləşən Gilmənd əyalətinin Ləşgərgah şəhərində "New Kabul Bank" nümayəndəliyinin yaxınlığında avtomobilin partlaması nəticəsində azı 24 nəfər ölüb, 60 nəfər isə xəsarət alıb. Bu barədə Gilmənd əyalətinin qubernatoru Ömər Zvak "Twitter" səhifəsində yazıb.
Qubernator bildirib ki, ölənlər arasında hərbçilər də var: "Partlayış hərbçilər və mülki vətəndaşlar aylıq əmək haqlarını bankdan almağa gedərkən törədilib". Bir müddət əvvəl isə telekanal silahlı qrupun əyalətin "New Kabul Bank"ın Ləşgərgah şəhərindəki bölməsinə hücum etdiyi barədə məlumat yaymışdı. Report "Tolo News" telekanalına istinadən xəbər verir.
***
Əfqanıstanın Ləşkərgah şəhərində baş vermiş partlayış nəticəsində 15 nəfər həlak olub. Partlayış şəhərdə bank şöbəsi yaxınlığında törədilib. Helman əyalətinin qubernatorunun verdiyi məlumata görə, hadisə nəticəsində 50-yə yaxın adam müxtəlif bədən xəsarətləri alıb. Məlumata görə, xəsarət alanlar arasında həm hərbçilər, həm də dinc sakinlər var. Hazırda hadisə yerində polis araşdırmalar aparır. Partlayışla bağlı məsuliyyəti hələ üzərinə götürən olmayıb. Trend.az