Gündəm
Vətəndaşların müraciətlərinə biganə qalan məmurlar
Azərbaycanda insan hüquqlarının müdafiəsi, vətəndaşların ərizə və şikayətlərinə vaxtında və effektli baxılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib və bu gün də davam etməkdəir. Lakin bütün görülən tədbirlərə baxmayaraq hələ də vətəndaşların müraciətlərinə laqeyid qalan mənurlar var.
Ramazanın üstün özəlliyi
Müqəddəs Ramazan ayının özəlliklərindən biri də bu ayda Qədr gecələrinin olmasıdır. Qədr gecəsi gün batandan dan yeri görünənə qədər davam edir. Adətən Qədr gecəsində müsəlman əhli sabaha qədər ibadət edər, Qurani-Kərim oxuyar, özünü bir qədər də saflaşdırar. Ancaq son illərdə bu məsələdə də müəyyən neqativ hallar, arzuedilməz situasiyalar müşahidə edilməkdədir. Belə ki, yaşadığı zaman kəsiyində, yaxud Ramazan ayı boyunca bir dəfə oruc tutmayan, ibadətlə məşğul olmayanlar Qədr gecəsi ehtimal edilən günlərdə oruc tutar, ibadətlə məşğul olar. Və bununla da günahlarının bağışlandığını zənn edərlər. Bəs görəsən bu cür yanaşma nə dərəcədə doğrudur?
Dünyaya çıxışımız əcnəbi dillər vasitəsilə olmalıdır
İstənilən ölkə vətəndaşlarının bir neçə xarici dil bilməsi dövlətin imici ilə yanaşı, vətəndaşların da həyat tərzinə müsbət mənada təsir edir. Odur ki, əksər dövlətlərdə milli dillə yanaşı, bir neçə dünyəvi dilin inkişafına şərait yaradılır. Azərbaycan da dünyaya intqrasiya etdiyindən əcnəbi dillərin işlədilməsi zədudəti yaranıb.
“Erməniləri elə cəzalandırmaq lazımdır ki,...”
Erməni kəşfiyyatçının cəbhədə təxribat cəhdi edərkən əsgərlərimiz tərəfindən ələ keçirilməsi işğalçı ölkədə ciddi narahatçılığa səbəb olub. Bu narahatçılıq o qədər hiss edilir ki, hətta erməni rəsmilər baş vermiş hadisə ilə əlaqədar nə dediklərini belə bilmir, əvvəl verdikləri açıqlamanı bir neçə saat sonra təkzib edərək daha absurd açıqlamalarla çıxış edirlər.
Dövlət niyə jurnalistə ev verməlidir?
Biz dövlətdən istədik. İstəyimizi dilə gətirdik ki, problemimizi həll elə. Bu, bizim haqqımız idi. Çünki dövlət bizim dövlətimizdir və vətəndaşına sahib çıxması tam təbii bir haldır.
Lətifə Soyuöz ailəsini dağıdan qadını tapdı: "Ərimin səhvi idi" - VİDEO
"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Lətifə Soyuöz maraqlı açıqlamalar verib. Müğənni ilk olaraq geyimlərlə bağlı kompleksi olmadığını bildirib: "Geyimlərlə əlaqəli heç bir komplesim yoxdur. Səhnə adamı olduğum üçün kompleks hiss etmirəm. Sözsüz ki, səhnəyə geyindiyimiz paltarı biz gündəlik istifadə etmirik. Əgər geyimin hansısa hissəsində problemin olduğunu görsəm, dərhal oranı örtərəm. Çəkim 80 kilodan artıq olanda qapalı və uzun geyinirdim. Amma arıqladıqdan sonra şortları çox sevdiyim üçün geyinməyə başladım. Bəzən qarderobu açıram və deyirəm ki, nə geyinim? Qapalı bir şey geymək istəyirəm. Baxıram ki, qarderob başdan-aşağı şortlardan ibarətdir".
"Sevilya" pulsuz qoyduğu futbolçunu 9 milyona geri qaytarır
"İnter"in yarımmüdafiəçisi Ever Baneqa yenidən "Sevilya"nın şərəfini qoruyacaq. 28 yaşlı havbek Əndəlus klubuna 9 milyon avroya başa gələ bilər. Argentinalı futbolçu ötən yay klubu azad agent kimi tərk etmişdi.
Səməd Səmədov: "Ayda bir dəfə manikürə və pedikürə gedirəm"
Xalq artisti Səməd Səmədov kişilərin xəyanətindən danışıb. Müğənni heç vaxt xanımına xəyanət etmədiyini deyib: "Arvaddan qorxmayan kişi deyil. Gələn il ailə qurmağımızın 40 illiyidir. Xəyanət mənlik deyil. Mənim yanımda həmişə gözəl qadınlar olub: Ruhəngiz Allahverdiyeva, Bəsti Bəkirova, Sevda Əliqızı. Məni onlar cavan saxlayıb. 70 illik yubileyimi təzəcə qeyd etmişəm.
Arveladzenin yeni iş yeri məlum oldu
Özbəkistanın "Paxtakor" klubu yeni baş məşqçisini elan edib. Gürcü mütəxəsis Şota Arveladze Daşkənd klubunun sükanı arxasına keçib. İyunun 23-də 44 yaşlı mütəxəssisin və komandanın yeni transferi - xorvatiyalı müdafiəçi Marko Simiçin təqdimat mərasimi keçiriləcək. Şota Arveladzenin sonuncu iş yeri İsrailin "Maccabi" komandası olub.
Ermənistan Qarabağda 12 PKK düşərgəsi yaradıb
Dünya dövlətlərinə də sirr deyil ki, hazırda Dağlıq Qarabağ ərazisi işğalçı dövlət tərəfindən narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə olunur.
“Qapı” oxuculara təqdim olunacaq
Yaxin zamanlarda Hədiyyə Şəfaqətin ilk şeirlər kitabının çap olunacağı gözlənilir. Bu barədə “Olaylar” – a məlumat verən Hədiyyə xanım bildirdi ki, kitab “VEKTOR”nəşrlər evində çapa hazırlanır. “Yaxın günlərdə işlər tamamlanacaq. Naşir Elçin İsgəndərzadə kitab təklifini 2014-cü ildə bildirmişdi. O zaman bunu elan etmişdik, razılaşma əldə olunmuşdu ki, şeirlərimi üç ay ərzində hazırlayıb təqdim edəcəyəm. Lakin üç ay üç il oldu, mən kitabı cürbəcür bəhanələrlə gecikdirdim. Son bir ildə isə dəfələrlə hazırlayıb, sonra saxladım. Qəribədir, Elçin bəyə bu müddət ərzində bir neçə dəfə “kitab hazırdır, nə zaman təqdim edə bilərəm?” yazırdım, o da eyni səbrlə “istədiyiniz zaman gətirin” deyirdi, sonra yenə nəsə olurdu. Hətta bu dəfə də, son anda, qapıdan çıxanda qayıdıb oturdum, düşündüm ki, nə edirəm, niyə edirəm, lazımdırmı, vaxtıdırmı? Üç il əvvəl çap olunmasını nəzərdə tutduğumuz yüz əlli şeirin heç beşdə biri qalmamışdı, keçən müddətdə xeyli şeirlər yazılmışdı, amma sağ qalan şeirlər get-gedə azalırdı. Qərar verdim ki, bu gün də olmasa, sabaha şeir qalmayacaq.
Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi keçirilib
İyunun 19-da başlayan genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər. Müasir ümumqoşun əməliyyatlarının tələblərinə riayət edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyəti nəzərə alınmaqla qoşunların, eləcə də idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib. Müasir avadanlıqlarla təchiz edilmiş müxtəlif poliqonlar və təlim sahələrində döyüş atışları, bölmələrin və atəşin manevrləri icra olunub.
Əbülfəs Qarayev Gəncədə vətəndaşları qəbul edib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyunun 22-də Gəncədəki Heydər Əliyev Mərkəzində Gəncə və Naftalan şəhərləri, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarından olan vətəndaşları qəbul edib.
Neft-qaz layihələrində əcnəbi işçi heyətin milli kadrlarla əvəzlənməsi müzakirə edilib
2013-cü il noyabrın 14-də Dövlət Miqrasiya Xidmətinin (DMX) iştirakı ilə imzalanmış ““BP Eksploreyşn (Kaspian Si) Ltd” şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında milliləşdirmə sahəsində əməkdaşlığa dair protokol”a əsasən neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi qərara alınıb. “OLAYLAR”-ın xəbərinə görə, milliləşdirmə siyasəti ilə bağlı əldə olunan nəticələrə dair BP və Dövlət Neft Şirkəti nümayəndələrinin təqdimatla çıxış etdiyi görüşdə bu sahədə əldə olunan uğurlar diqqətə çatdırılıb.
Məzunlar işlə təmin olunub
“Müasir Azərbaycan Peşəkarları Layihəsi” çərçivəsində 37 şagird işlə təmin olunub. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, həmin şagirdlər “Eldar Studio” və şəhərin digər gözəllik salonlarında işə başlayıblar. Belə ki, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Liseyi ilə “Eldar Studio” arasındakı əməkdaşlığa əsasən 2016-2017-ci tədris ilində 19 şagird ödənişli əsaslarla, 18 şagird isə dövlət sifarişi əsasında 1 illik təhsil müddətinə “bərbər” ixtisası üzrə tədris proqramına cəlb olunub. Proqrama həmçinin inklüzivlik komponenti də tətbiq olunub. Sağlamlıq imkanları məhdud 3 şagird inklüziv təhsilə cəlb olunmaqla istehsalat təcrübələrini uğurla başa vurub və “Eldar Studio”da işə başlayıblar.














