Gündəm

“Qarabağda yaşayan ermənilər görməlidir ki, Azərbaycanın imkanları çox genişdir”

22 İyun 2017 15:12

"Cocuq Mərcanlıda görülən işlər Azərbaycanın gələcəkdə Dağlıq Qarabağda həm iqtisadi, həm inşaat sahəsində vəziyyəti  necə sürətlə dəyişdirə biləcəyinə bir nümunədir”.

NASA 15 yaşlı oğlanın hazırladığı peyki kosmosa göndərəcək

22 İyun 2017 15:11

Dünyanın ən kiçik peyki Hindistanda hazırlandı. 15 yaşlı Rifat Şarukun hazırladığı kiçik ölçülü peyk bu gün NASA tərəfindən kosmosa buraxılacaq. 64 qram ağırlığında, karbon lifdən hazırlanan cihaz keçən ay NASA-nın dəstəyi ilə keçirilən "Cubes in Space" yarışmasında nümayiş olunub.

Taksi sektorunda yeni era: Hansı xidmətlər daha sərfəlidir?

22 İyun 2017 15:09

Bakıda ən çox istifadə olunan ictimai nəqliyyat avtobus və metro olsa da, son illər taksi xidmətindən də istifadə edənlərin sayı az deyil. Statistika göstərir ki, ötən il Azərbaycanda sərnişinlər ümumilikdə təxminən 50 milyon dəfə taksi xidmətindən istifadə edib.

Məktəbdə partlayış: yaralılar var - Konqoda

22 İyun 2017 14:59

Konqonun Beni şəhərində məktəbdə partlayış baş verib. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralananlar arasında o an məktbədə imtahan verən bir şagird də var. Həmçinin bildirilir ki, şəhər ərazisində ağır texnikadan açılan atəş səsləri eşidilir.

Tarixçi-alimlər: “Ümumi tarix” dərsliyi başdan-ayağa qüsurludur

22 İyun 2017 14:56

Tanınmış tarixçi-alimlər Tofiq Nəcəfli və Kərəm Məmmədov da 10-cu sinif “Ümumi tarix” dərslik layihəsi (2017) ilə bağlı irad və təkliflərini bildiriblər: Dərslik layihəsinin 18-ci səhifəsində Əhəməni hökmdarı II Kirin massaget hökmdarı Tomrislə döyüşdə öldürülməsindən bəhs olunsa da, massaget tayfalarının və eyni adlı dövlətin harada yerləşdiyinin şagirdlərə çatdırılmaması təəssüf doğurur. Bu, eyni zamanda kurikulum standartlarının yerinə yetirilmədiyini açıq-aydın göstərir. Əgər bu tələb yerinə yetirilmiş olsaydı, onda şagirdlərdə Azərbaycan tarixində əldə etdikləri bilik və vərdişləri bir daha möhkəmləndirmək imkanı yaradılmış olardı.

Züleyxa Nadir yazır... Qansoranlar

22 İyun 2017 14:52

Həyat insana verilib ki, yaşasın və yaşatsın, yaratsın və yaradılsın. Verilməyib ki, “babam mənə kor deyib, gələnə-gedənə vur deyib” düşüncəsi ilə “kor atı minib köndələn çapsın”.

Qarabağdan bütün dünyaya ağ ölüm təhlükəsi yayılır

22 İyun 2017 14:50

Siyasi və iqtisadi baxımdan tənəzzülə uğrayan, böhran dövrünü yaşayan Ermənistan rəhbərliyi mövcud vəziyyətdən çıxış yolları axtarmaqdadır. Elə erməni rəsmilərinin müntəzəm olaraq Avropa, hətta ərəb ölkələrinə səfərləri də məhz bu məqsədə xidmət edir. Ancaq İrəvanın diplomatik cəhdləri heç də hər zaman uğurla alınmır. Daha doğrusu işğalçı ölkə ilə iqtisadi sahədə hansısa əməkdaşlığın perspektivsizliyi İrəvanın üz tutduğu dövlətlərə aydın məlum olduğundan bir çox hallarda ermənilərin ikitərəfli əməkdaşlıq niyyətləri reallaşmır. Və İrəvanın yenə də son ümid yeri Moskva və -Tehran olur. Lakin son illərdə dünyada iqtisadi böhran, bunun Rusiya iqtisadiyyatına təsiri, eyni zamanda İrana qarşı Qərbdən yeni təzyiqlərin başlaması Ermənistana şimal və cənub qonşumuzdan açılan nəfəsliyin daralmasına gətirib çıxarır. Və ona görə də Ermənistan hakimiyyəti mövcud böhrandan çıxmaq üçün alternativ yollar axtarışındadır.

"Klon" serialının Rənası 15 il sonra -  fotolar

22 İyun 2017 14:47

2001-2002-ci ildə yayımlanan "Klon" serialının yadda qalan personajlarından biri də "Rəna" obrazı idi. Səidin ikinci xanımı, Hade və Xədicə ilə dava-dalaşları ilə yadda qalan Rənanı braziliyalı aktrisa Nivea Stelmann canlandırıb.  Hazırda 43 yaşda olan aktrisa üçüncü dəfə ailə qurub və iki övladı var. O, hazırda Braziliyada teatr, film və seriallarda rol almağa davam edir.

Yeni mövsümdə evlilik proqramları olmayacaq

22 İyun 2017 14:45

Türkiyədə uzun müddət müzakirə edilən evlilik proqramlarının yeni mövsümdən etibarən yayımlanmayacağı iddia edilib. Məşhur aparıcı Fatih Altaylı bu günkü yazısında evləndirmə proqramlarını barışdırma proqramlarının əvəz edəcəyi fikrini irəli sürüb.

Lapşinin məhkəməsi başladı

22 İyun 2017 14:40

Bakı Ağır Cinayətlər Məhkəməsində Aleksandr Lapşinin işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxsin anket məlumatları dəqiqləşdirilib. A.Lapşin tərcüməçi ilə təmin olunub. Prosesdə hazırlıq iclası yekunlaşıb və hakimlər iş üzrə məhkəmə baxışının vaxtının müəyyən edilməsi üçün müşavirəyə yollanıb.

Prezident İlham Əliyev: "Azərbaycan və Moldova gələcək birgə fəaliyyətin yollarını müəyyənləşdiriblər"

22 İyun 2017 14:39

Azərbaycan və Moldova gələcək birgə fəaliyyətin yollarını müəyyənləşdiriblər. Bunu Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Moldova Prezidenti İqor Dodonla birgə mətbuata bəyanatla çıxışında deyib. Dövlətimizin başçısı bildirib: "Hörmətli cənab Prezident, hörmətli qonaqlar, əziz dostlar! Bir daha səmimi qəlbdən Moldova nümayəndə heyətini Azərbaycanda salamlamaq istəyirəm.

62 ilin ən yaxşısı: "Qarabağ" "Neftçi"yə yuxarıdan baxır

22 İyun 2017 14:37

UEFA Çempionlar Kuboku və Çempionlar Liqasının 1955-2017-ci illər aralığındakı ən güclü klublarını sıralayıb. Avrokuboklarda iştirak etmiş 500 klubun düşdüyü siyahıda Azərbaycanın 7 komandası yer alıb. Ən yüksək reytinqli klubumuz avrokuboklardakı ən uğurlu təmsilçimiz olan "Qarabağ"dı. 155-ci pillədə qərar tutan ağdamlıları 162-ci yerdə olan "Neftçi" izləyir. Hər iki klubumuz Avropanın bir çox köklü komandasını geridə qoymağı bacarıb.

"Dini etiqad azadlığı haqqında" qanunda dəyişiklik edildi

22 İyun 2017 14:36

Prezident İlham Əliyev "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 674-VQD nömrəli Qanununun tətbiqi haqqında və "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 97 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Qeyri-neft sektoruna daha çox xarici sərmayə cəlb etməyə çalışmalıyıq

22 İyun 2017 14:33

Artıq xeyli müddətdir ki, ölkədə qeyri-neft sektorunun inkişafı əsas prioritet hesab edilib. Və investisiyaların əksəriyyəti də məhz bu sektora yönəldilir. Müsbət məqam ondan ibarətdir ki, qeyri-neft sektorunun inkişafına yönəldilən investisiyaların həcmində də artım müşahidə edilir və bu sektorda daha da canlanma yaradır. Bəs görəsən real gözləntilər nədən ibarətdir və bu yolla iqtisadi artıma nail olmaq mümkündürmü?

Azərbaycan özünü sosial dövlət kimi tanıda bilib

22 İyun 2017 14:31

Azərbaycanda uğurla həyata keçirilən sosial siyasət müsbət nəticəsini verməkdədir. Dünya ölkələrində iqtisadi tənəzzülün yaşandığı məqamda ölkəmizdə reallaşdırılan sosial lahiyələr  vətəndaşların rifah halının yüksəlməsinə hesablanıb. Təbii ki, reallaşdırılan sosial siyasət daha çox əhalinin həssas qruplarına hədəflənib ki, artıq bu istiqamətdə görülən işlər nəinki Azərbaycan ictimaiyyəti, hətta beynəlxalq maliyyə qurumları tərəfindən də müsbət qiymətləndirilir.