Prezident İlham Əliyev: "Azərbaycan və Moldova gələcək birgə fəaliyyətin yollarını müəyyənləşdiriblər"

Azərbaycan və Moldova gələcək birgə fəaliyyətin yollarını müəyyənləşdiriblər. Bunu Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Moldova Prezidenti İqor Dodonla birgə mətbuata bəyanatla çıxışında deyib. Dövlətimizin başçısı bildirib: "Hörmətli cənab Prezident, hörmətli qonaqlar, əziz dostlar! Bir daha səmimi qəlbdən Moldova nümayəndə heyətini Azərbaycanda salamlamaq istəyirəm.

Prezidentin səfəri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdə çox mühüm hadisədir. Əminəm ki, səfər Moldova-Azərbaycan münasibətlərinin dinamik inkişafına yaxşı təkan verəcək. Biz bu gün qarşılıqlı maraq doğuran məsələlərin geniş spektrini müzakirə etdik və artıq gələcək birgə fəaliyyətin yollarını müəyyənləşdirmişik. Biz gələcəkdə də siyasi əlaqələri möhkəmləndirəcəyik və beynəlxalq qurumlarda birgə fəal işləyəcəyik". AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31