NASA 15 yaşlı oğlanın hazırladığı peyki kosmosa göndərəcək
Dünyanın ən kiçik peyki Hindistanda hazırlandı. 15 yaşlı Rifat Şarukun hazırladığı kiçik ölçülü peyk bu gün NASA tərəfindən kosmosa buraxılacaq. 64 qram ağırlığında, karbon lifdən hazırlanan cihaz keçən ay NASA-nın dəstəyi ilə keçirilən "Cubes in Space" yarışmasında nümayiş olunub.
22 İyun 2017 15:11 DünyaDünyanın ən kiçik peyki Hindistanda hazırlandı. 15 yaşlı Rifat Şarukun hazırladığı kiçik ölçülü peyk bu gün NASA tərəfindən kosmosa buraxılacaq. 64 qram ağırlığında, karbon lifdən hazırlanan cihaz keçən ay NASA-nın dəstəyi ilə keçirilən "Cubes in Space" yarışmasında nümayiş olunub. Gənc ixtiraçı cihaza Hindistanın dövlət başçılarından birinin, Əbdül Kalemin şərəfinə "KalamSat" adını verib. Rifat Şaruk deyir ki, bu cihazı tamamilə sıfırdan hazırlayıb: "Üzərindəki yeni və sürətli sistem Yerin maqnitosfer qatını ölçəcək. Əsas çətinlik kosmosa göndəriləcək cihazın çəkisini 64 qram tələbinə uyğunlaşdırmaq idi". Peyk bu gün NASA-nın "Wallops Island" kompleksindən kosmosa buraxılacaq. Publika.az