Gündəm
İslam həmrəyliyi və gənclərin radikal təsirlərdən qorunmasından danışılıb
İyunun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Ağdaş rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İslam həmrəyliyi və gənclərin radikal təsirlərdən qorunması” mövzusunda Ağdaş Rayon İcra Hakimiyyətində tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları, Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov mövzu ilə bağlı fikirlərini bölüşüb. Azad Gözəlov çıxışında “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib və bu il baş tutmuş IV İslam Həmrəyliyi Oyunlarında əldə etdiyimiz yüksək nəticələr barədə məlumat verib.
Ordunun modernləşdirilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasına xidmət edir
“Biz hələ ki, sülh danışıqlarına sadiqik. Lakin hərb variantı da istisna deyil! Ordunun modernləşdirilməsi, yeni silahların alınması, keçirilən təlimlər Azərbaycanın ərazi bütövlüyünün bərpasına xidmət edir”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri millət vəkili Bəxtiyar Sadıqov səsləndirib. O, bildirib ki, əgər beynəlxalq qurumlar istəmirlərsə müharibə baş versin, birinci növbədə problemin sülh yolu ilə həllinə nail olmalıdırlar: “Onlar işğalçını öz adı ilə çağırmalıdırlar! BMT-nin qətnamələrini yerinə yetirməlidirlər!
2017-ci il dövlət büdcəsinin gəlir və xərcləri artırılır
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitənin üzvü Vahid Əhmədov bildirib ki, iclasda "2017-ci il dövlət büdcəsinə dəyişikliyin edilməsi haqqında" qanun layihəsi müzakirə edilib. Millət vəkilinin sözlərinə görə, qanun layihəsinə əsasən dövlət büdcəsinin gəlirlərinin 511 mln. manat, xərclərinin isə təxminən 1 mlrd. manat artırılması təklif olunur: "Proqnoza əsasən, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə əlavə olaraq 135 mln. manat daxil olacaq. Bununla yanaşı, büdcədənkənar gəlirlər hesabına 76 mln. manatın cəlb olunması nəzərdə tutulur.
Ali Məhkəməyə yeni hakimlər təyin olunacaq
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. Komitə sədri Əli Hüseynli iclasda 9 məsələyə baxılacağını qeyd edib. İclasda Azərbaycan konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndi rəhbər tutularaq və Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq hakimlərin təyinatı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Azərbaycan Universitetində şort qadağası
Azərbaycan Universitetində oğlan tələbələrə qeyri-rəsmi olaraq təhsil ocağına şortla gəlməyə qadağa qoyulub. Bu barədə dı çəkilən universitetin İKT fakültəsində təhsil alanƏli Zeynallı bildirib. Onun sözlərinə görə, dünən dekan müavini zəng vurub, İKT fakültəsində oxuyanları təhsil müəssisəsinə dəvət edib. Tələbələr universitetə daxil olmaq istəyəndə, şort geyinən tələbələri mühafizə əməkdaşları buraxmayalar. Mühafizə əməkdaşları bildiriblər ki, bununla bağlı tapşırıq verilib.
Azərbaycanda kompleks rəisinin qardaşı 10 kq narkotiklə tutuldu - Məhkəmə
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə narkotik vasitələrin dövriyyəsində təqsirləndirilənŞükür Hümbətov və Mərdan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Əbülfəs Qarayevdən yeni təyinat
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə tanınmış opera müğənnisi, Xalq artisti Samir Cəfərov Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, iyunun 22-də şəhərdəki Məhsəti Gəncəvi Mərkəzində direktorun kollektivə təqdim edilməsi ilə bağlı tədbir keçirildi.
Ankarada yarımtikili xəstəxanada YANĞIN - İçəridə qalanlar var
Ankarada yeni tikilməkdə olan xəstəxana binasında yanğın baş verib. Hazırda yanğın baş vermiş tikilidə fəhlələrin təxliyyə edilməsi istiqamətində təcili tədbirlər aparılır. Son məlumata görə, bir neçə fəhlə tüstüdən zəhərlənib. Yanğının baş vermə səbəbləri məlum deyil. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadası cəlb olunub.
Eldar Əzizov "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi
Prezident İlham Əliyev E.Ə.Əzizovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanda informasiya əldə etmək hüququ demokratik dövlətin prinsiplərinə əsasınır
Azərbaycanda söz, fikir və məlumat azadlığının təmin edilməsi yüksək səviyyədə həyata keçirilir. Etiraf edilməlidir ki, bu məqsədlə ölkədə təkmil qanunvericilik bazası və icrasına nəzarət oluna bilən qaydalar müəyyən edilib. Hansı ki, mövcud hüquqi baza ilə istənilən ölkə vətəndaşları və əcnəbilər istədikləri informasiyanı əldə edə bilərlər. Hər bir kəsin düşündüyünü açıq şəkildə ifadə etmək, məlumat almaq, məlumat vermək hüququ var. Sözügedən insan haqqının, imkanının hüquqi yolla tənzimləməsi qaydaları qanunvericilikdə izahını tapır. Xatırladaq ki, Azərbaycan Konstitusiyasına görə, hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.
Evdən 500 manat aparan ələ keçib
Fevralın 20-də Şəmkir rayon ərazisindəki evlərdən birindən 500 manat pul oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sarıtəpə kənd sakini E.Yusifov tutulub. Araşdırma aparılır.
2100-cü ildə dünya əhalisi nə qədər olacaq? – BMT-nin STATİSTİKASI
BMT dünya əhalisinin sayı ilə bağlı növbəti proqnoz verib. Hesabatda Yer əhalisinin hazırki sayının 7,6 milyard nəfər olduğu, 2030-cu ildə bu rəqəmin 8,6 milyard, 2100-cü ildə isə 11,2 milyard nəfərə çatacağını proqnozlaşdırıb.
Balakən sakininin həyətində 126 ədəd çətənə kolu aşkar edilib
Kultivasiya yolu ilə yetişdirilən 126 ədəd çətənə kolları aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qullar kənd sakini Bayram Əmralıyevə məxsus həytyanı sahəyə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 126 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
Keçmiş məhkumdan marixuana götürülüb
Sumqayıt şəhər sakinlərindən marixuana götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri Elməddin Ağayevdən 470 qram, əvvəllər məhkum olunmuş Aqşin Adıgözəlovdan isə 465 qram marixuana götürülüb.
XİN: ATƏT-in Minsk Qrupu həmsədrləri bu etirazlardan nəticə çıxarmalıdır
“Cənubi Qafqazda regional təhlükəsizlik çatışmazlığı var, bunun da kökündə Dağlıq Qarabağ münaqişəsi durur”. “Olaylar” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən “Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda beynəlxalq ictimai forumda “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi” mövzusunda məruzə ilə çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.














