Azərbaycanda kompleks rəisinin qardaşı 10 kq narkotiklə tutuldu - Məhkəmə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə narkotik vasitələrin dövriyyəsində təqsirləndirilənŞükür Hümbətov və Mərdan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə narkotik vasitələrin dövriyyəsində təqsirləndirilənŞükür Hümbətov və Mərdan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Fikrət Qəribovun icraatında olan prosesdə istintaq yekunlaşıb. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Məhkəmə prosesi iyulun 6-da davam etdiriləcək.

Qeyd edək ki, Yasamal rayonu ərazisində İsmayıllı rayon sakinləri Mərdan Mehrəliyev və Şükür Hümbətov narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıb. M.Mehrəliyevin idarə etdiyi "Niva" markalı avtomobilə baxış zamanı 10 kiloqram 410 qram marixuana aşkar edilərək götürülüb.

Şükür Hümbətov İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətovun qardaşıdır. O, İsmayıllıda dəri biznesi ilə məşğul olub. Bundan əlavə onun böyük fermer təsərrüfatına, Bakıda bir neçə mənzilə, ticarət obyeklərinə sahib olduğu bildirilir. Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31