Azərbaycanda informasiya əldə etmək hüququ demokratik dövlətin prinsiplərinə əsasınır
Azərbaycanda söz, fikir və məlumat azadlığının təmin edilməsi yüksək səviyyədə həyata keçirilir. Etiraf edilməlidir ki, bu məqsədlə ölkədə təkmil qanunvericilik bazası və icrasına nəzarət oluna bilən qaydalar müəyyən edilib. Hansı ki, mövcud hüquqi baza ilə istənilən ölkə vətəndaşları və əcnəbilər istədikləri informasiyanı əldə edə bilərlər. Hər bir kəsin düşündüyünü açıq şəkildə ifadə etmək, məlumat almaq, məlumat vermək hüququ var. Sözügedən insan haqqının, imkanının hüquqi yolla tənzimləməsi qaydaları qanunvericilikdə izahını tapır. Xatırladaq ki, Azərbaycan Konstitusiyasına görə, hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.
22 İyun 2017 15:23 SosialAzərbaycanda söz, fikir və məlumat azadlığının təmin edilməsi yüksək səviyyədə həyata keçirilir. Etiraf edilməlidir ki, bu məqsədlə ölkədə təkmil qanunvericilik bazası və icrasına nəzarət oluna bilən qaydalar müəyyən edilib. Hansı ki, mövcud hüquqi baza ilə istənilən ölkə vətəndaşları və əcnəbilər istədikləri informasiyanı əldə edə bilərlər. Hər bir kəsin düşündüyünü açıq şəkildə ifadə etmək, məlumat almaq, məlumat vermək hüququ var. Sözügedən insan haqqının, imkanının hüquqi yolla tənzimləməsi qaydaları qanunvericilikdə izahını tapır. Xatırladaq ki, Azərbaycan Konstitusiyasına görə, hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.
Hüquqşünas Natiq Bağırov bildirib ki, Azərbaycanda informasiya əldə etmək hüququnu təmin etmək məqsədilə qanunvericilk bazası yaradılıb. Konkret olaraq "İnformasiya əldə etmək haqqında" qanun qəbul edilib. Sözügedən qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. Sözügedən qnuna əsaəsn Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Belə ki, hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Hətta informasiya sahibinə müraciət edən hər kəs sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq heququndan yaralana bilər. İnformasiya sahibi isə sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir: " Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır". Onun sözlərinə görə, qanunvericilikdə məlumat əldə edilməsi zamanı baş verə biləcək heqativ halların qarşısının alınması məsələsi də nəzərdə tutulub. Odur ki, informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın: "İnformasiya sahiblərindən bu qanunun tələblərinə uyğun olaraq əldə edilmiş sənədləşdirilmiş informasiyadan, digər məqsədlər, o cümlədən kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına bu şərtlə icazə verilir ki, törəmə informasiya yaradılarkən ilkin mənbəyə istinad edilsin. Göründüyü kimi Azərbaycanda məlumat əldə etmək olduqca sadə prosedura əsaslanır. Üstəlik məlumat əldə edən və informasiya sahibinin hüquq və vəzifələri komkret göstərilib. Məsələn, qanunvericiliyə əsasən informasiya sahibinin rəhbəri informasiya xidmətlərinin təşkili ilə əlaqədar daxili icraat qaydalarını müəyyənləşdirməlidir. İnformasiya sahibləri informasiyanın əldə olunmasının təşkilinə görə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar. Əgər informasiya sahibi informasiya məsələləri üzrə vəzifəli şəxs təyin etməyibsə, yaxud struktur bölmə yaratmayıbsa, informasiya sorğusunun icrasına məsuliyyəti informasiya sahibinin bu funksiyanın yerinə yetirilməsi üçün müəyyənləşdirdiyi şəxs daşıyır". Hüquqşünas bildirib ki, Azərbaycan qanunvericiliyi informasiyanın olduqca sadə üsullarla əldə edilməsinə imkan yaradır. Belə ki, sorğuçu informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi, yaxud sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud electron poçtla göndərmək yolu ilə yazılı şəkildə əldə edə bilər. Üstəlik sorğuçu sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olmaq, sənədin üzünün köçürülməsi, informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi, sənədin tərcümə olunması, sənədin surətinin elektron daşıyıcılara köçürülməsi kimi tələblər irəli sürə bilər. Onu da qeyd edək ki, ölkədə informasiyaların əldə olunması ödənişsiz, haqqı ödənilməklə və ya güzəştli şərtlərlə həyata keçirilir. Onun sözlərinə görə, informasiya sorğusu ən qısa müddətdə cavablandırılır ki, bud a vətəndaşların rahatlığının təmin olunmasına hesablanıb: "Qanunvericiliyə görə, informasiya sorğusu 7 iş günündən gec olmayaraq icra edilir. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində təqdim edilir. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir. Bu amillər deməyə əsas verir ki, Azərbaycanda məlumat əldə etmək hüququ sadələşdirilmiş prosedur qaydalarla həyata keçirilir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda informasiya əldə edilməsinin hüquqi bazası bir çox ölkələrə nümunə ola bilər.Təsəvvür edin ki, informasiya sorğuçusu sorğunun icrasından imtina edilməsi və ya lazımınca icra olunmamasına görə şikayət vermək hüquqna malikdir. Çünki, informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş informasiyaları açıqlamağa borcludur. Belə ki, sorğuçunun sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda qeyd edir".
Hüquqşünas əlavə edib ki, Azərbaycanda hətta informasiya əldə edilməsini təmi edən qanunun icrasına nəzarət müxanizmi də müəyyən edilib. "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətlərinin ehtiva edildiyi 13-1 maddəsində göstərilir ki, müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halları 10 iş günü ərzində araşdırır. Əgər şikayət dəqiqləşdirmə tələb edirsə və ya şikayəti araşdırmaq üçün əlavə izahat və sənədlər toplamaq lazımdırsa, Müvəkkil bu barədə şikayətçiyə yazılı məlumat verməklə, şikayətə baxılması müddətini əlavə olaraq 10 iş gününə qədər uzada bilər: " Müvəkkil yalnız aşağıdakı hallarda şikayətə baxmır: şikayət konkret informasiya sahibi olan dövlət, yerli özünüidarə orqanının və ya vəzifəli şəxsin fəaliyyəti barəsində olmadıqda; həmin iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda; ərizəçi informasiya sahibi olan dövlət, yerli özünüidarə orqanının və ya vəzifəli şəxsin informasiya əldə etmək üçün yaratdığı imkanlardan kifayət qədər səmərəli istifadə etmədikdə. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halların araşdırılması zamanı informasiya sahibi olan dövlət, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs tərəfindən "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun aşağıdakı tələblərinə riayət edilib-edilmədiyini aydınlaşdırır: İnformasiya əldə etmək üçün müraciətin qeydiyyata alınması; informasiya sorğusunun qanunla nəzərdə tutulmuş qaydada, müddətdə və üsulla təmin edilməsi; informasiya sorğusunun icrasından imtinanın qanunun tələblərinə uyğun olması. Göründüyü kimi Azərbaycanda vətəndaşların insan hüquq və azadlıqlarının təmin olunması üçün bütün imkanlar yaradılıb və istənilən şəxs həmin hüquqlardan sərbəst şəkildə istifadə edə bilir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir