Əbülfəs Qarayevdən yeni təyinat

 Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə tanınmış opera müğənnisi, Xalq artisti Samir Cəfərov Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, iyunun 22-də şəhərdəki Məhsəti Gəncəvi Mərkəzində direktorun kollektivə təqdim edilməsi ilə bağlı tədbir keçirildi.

Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin olunub

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə tanınmış opera müğənnisi, Xalq artisti Samir Cəfərov Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, iyunun 22-də şəhərdəki Məhsəti Gəncəvi Mərkəzində direktorun kollektivə təqdim edilməsi ilə bağlı tədbir keçirildi.

Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Gəncədə mədəniyyət ocaqlarının tikintisi və müasirləşməsi prosesinin uğurla davam etdiyini dedi. Bildirdi ki, bu sırada Gəncə Dövlət Filarmoniyası xüsusi yer tutur. Dövlətimizin başçısı 2012-ci il yanvarın 21-də Gəncədə olarkən filarmoniyanın yeni binasının təməlini qoyub. Hazırda bu obyektdə işlərin əsas hissəsi görülüb. Məlumat verildi ki, bir hektardan çox ərazidə tikilən altımərtəbəli binada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert zalı, iki kinozal, açıq havada yay estradası meydanı, şəkil qalereyası, baxış qülləsi yaradılır. Binada restoran və kafelər, yeraltı qaraj da olacaq.

Tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev dövlətin hər zaman mədəniyyət və incəsənət xadimlərinə diqqət və qayğı ilə yanaşdığını dedi. Bildirdi ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycan xalqının mədəni irsi, musiqisi dünyada layiqincə təbliğ olunur. Bir sıra

maddi və qeyri-maddi mədəni irs nümunələrimiz UNESCO-nun siyahılarına daxil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31