Gündəm

“Hamiləlik, körpə və genetika” mövzusunda seminar

22 İyun 2017 16:30

“Gələcək Nəsil” valideynlər klubunda fəaliyyət göstərən “Hamiləlik məktəbi”ndə “Hamiləlik, körpə və genetika” mövzusunda seminar keçirilib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, eminar Müalicəvi Diaqnostika Mərkəzinin  genetik-mütəxəssisi, biologiya elmləri doktoru, tibbi genetika sahəsində uzun müddət tədqiqatlar aparmış Elxan Rəsulov tərəfindən təqdim edilib.

Proqnoz: İş günü 4 saata salınacaq

22 İyun 2017 16:19

Yaxın 10 ildə dünya üzrə insanların iş günü 4 saata qədər azaldılacaq. "Report" "Rambler News Service"ə istinadən xəbər verir ki, bunu Çinin məşhur "Alibaba" internet ticarət şirkətinin rəhbəri Cek Ma Detroytda keçirilən "Alibaba's Gateway" forumunda bildirib.

Şimali Koreya XİN-i öz saytını yaradıb

22 İyun 2017 16:18

Şimali Koreyanın Xarici İşlər Nazirliyiözünə internet sayt yaradıb. Bu haqda ölkənin Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. Məlumata görə, nazirlik bu sayt vasitəsi ilə ölkənin xarici siyasətini öyrənmək istəyənləri qarşılıqlı anlaşmaya, Şimali Koreya ilə dostluğa, əməkdaşlığa, sülhə, müstəqillik ideyalarına yardım etməyə çağırıb. 

Putinin adamı Qarabağ danışıqlarının GİZLİ TƏRƏFİNİ AÇDI: İrəvan masadan qaçdı, indi...

22 İyun 2017 16:16

“Qarabağda aprel döyüşlərinin yenidən təkrarlanması ehtimalı var. Hərbi təlimlərin keçirilməsinə də bu kontekstdən baxa bilərik”. Bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai palatasının üzvü, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.

Düşmən qorxub, vəziyyəti araşdırır

22 İyun 2017 16:13

Ermənistan prezidenti Serj Sarkisyan Brüsseldədir. O, Avropa Xalq Partiyasının (European Peoples Party) genişlənmiş heyətdə zirvə toplantısına qatılıb. Sarkisyan son dəfə Ermənistandakı parlament seçkiləri ərəfəsində yollanmış, fevralın 26-dan 28-dək Belçikanın paytaxtında rəsmi səfərini gerçəkləşdirmişdi.

Teatr mövsümə “Çipollino” və “Yarımçıq qalmış”la yekun vuracaq

22 İyun 2017 16:07

Gənc Tamaşaçılar Teatrı özünün 89-cu teatr mövsümünə yekun vurmağa hazırlaşır. Teatrdan “Olaylar” – a bildirilib ki, teatr mövsümə yeni tamaşa ilə nöqtə qoyacaq. İyunun 25 – də beynəlxalq layihə çərçivəsində görkəmli italyan uşaq yazıçısı Canni Rodarinin eyniadlı əsəri əsasında ərsəyə gələn yeni tamaşa - “Çipollino” – nun premyerası gözlənilir. Tamaşanın quruluşçu rejissoru Rostov “Maksimum” teatrının bədii rəhbəri, Rostov İncəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanova, səhnə redaksiyasının müəllifi teatrın baş rejissoru, əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşçusu əməkdar Artist Nicat Kazımov, rejissor assistenti Günay Qasımovadır.

“İpək Yolu” VIII Beynəlxalq Şəki Musiqi Festivalı keçiriləcək

22 İyun 2017 16:05

İyunun 27-dən iyulun 1-dək Şəki şəhərində “İpək Yolu” VIII Beynəlxalq Şəki Musiqi Festivalı keçiriləcək. Bəstəkarlar İttifaqından “Olaylar” – a bildirilib ki, təşkilatın sədri Xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, “İpək Yolu” VIII Beynəlxalq Şəki Musiqi Festivalı musiqi, dostluq və həmrəylik bayramına çevriləcək. Festival çərçivəsində konsertlər Şəkinin memarlıq abidələrinin önündə təşkil ediləcək. Bununla da Şəkinin tarixi, memarlığı, folkloru geniş şəkildə təbliğ ediləck. F.Əlizadə Şəki Xan Sarayı da daxil olmaqla Şəkinin tarixi hissəsinin UNESCO-nun Dünya İrsi Siyahısına salınmaq üçün namizədlərin siyahısında yer aldığını diqqətə çatdırıb. Festivalın proqramında Türkiyədən “İzmir Devlet Türk Dünyası Dans və Müzik Topluluğu”, İrandan “Təbriz” rəqs qrupu, Yaponiyada “Va-Liga” musiqi qrupu, Macarıstandan “Guessous Mesi Trio” qrupu, Gürcüstandan “Tolige” uşaq xoreoqrafik ansamblı və Polşadan müğənni Ania Broda konsert proqramı ilə çıxış edəcəklər.

Trampın Rusiya ilə əlaqələri barədə yeni detallar üzə çıxdı

22 İyun 2017 16:04

ABŞ Milli Kəşfiyyat Xidmətinin rəhbəri Deniel Kouts və Milli Təhlükəsizlik Angetliyinin rəhbəri Mayk Rocers prezident Trampın onlara etdiyi təklif barədə danışıblar.  Tramp xüsusi xidmət orqanlarının rəhbərlərindən onun Rusiya ilə heç bir əlaqəsinin olmadığına dair rəsmi açıqlama verməsini xahiş edib. 

FHN Azərbaycandakı çimərliklərin sayını açıqladı – 1-nə QADAĞA QOYDU

22 İyun 2017 16:02

Azərbaycanda qeydiyyatda olan çimərliklərin sayı açıqlanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun verdiyi məlumata görə, qeydiyyatda və xilasedicilərin fəaliyyət göstərdiyi 41 çimərlik var: “Onlardan birində - Tağıyev qəsəbəsindəki çimərlik ekoloji səbəblərdən bağlanıb. Təhlükəli və çirkli yerlərdə isə "Çimmək qadağandır" xəbərdarlıq nişanları qoyulub”.

"Sindi" tropik fırtınası ABŞ-ın cənub-şərq sahillərinə çatıb

22 İyun 2017 16:00

"Sindi" tropik fırtınası ABŞ-ın cənub-şərq sahillərinə çatıb.  Bu barədə ölkənin Milli Qasırğa Xəbərdarlığı Mərkəzi (NHC) məlumat verib. Meteoroloqlar fırtınanın azı 17 milyon amerikalıya təhdid olduğunu bildirir.

QMİ Azərbaycan məscidlərində bayram namazının qılınacağı vaxtla bağlı qeyri-müəyyənliyə aydınlıq gətirib

22 İyun 2017 15:57

Azərbaycanda bayram namazı iyunun 26-da əsasən saat 09:00-da qılınacaq. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, ölkənin baş məscidi olan "Təzə Pir"də namaz QMİ sədri, şeyxülislamAllahşükür Paşazadənin iştirakı ilə saat 09:00-da qılınacaq. Saat 08:00-da isə QMİ sədrinin birinci müavini, müfti hacı Salman Musayevin iştirakı ilə Əjdərbəy məscidində namaz qılınacaq. QMİ-dən o da bildirilib ki, bölgələrdə bayram namazının qılınacağı saat məscid rəhbərliyi tərəfindən müəyyənləşdirilir.

Əli Əhmədov: İqtisadi maraqlar Azərbaycan-Moldova əməkdaşlığının inkişafını zəruri edir

22 İyun 2017 15:55

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Moldova rəsmiləri ilə görüş keçirilib. YAP sədrinin müavini - icra katibi Əli Əhmədov Moldova Sosialistlər Partiyasının sədri Zinaida Qreçanini və Moldova Prezidenti Aparatı rəhbərinin müavini Nikolay Posturusunu qəbul edib. Ə.Əhmədov bildirib ki, Azərbaycan ilə Moldova arasında səmərəli əməkdaşlıq mövcuddur. İki ölkənin mövqeləri bir çox məsələlərdə üst-üstə düşür: “Beynəlxalq müstəvidə də Azərbaycan ilə Moldova arasında səmərəli əməkdaşlıq edir. İqtisadi maraqlar iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsini zəruri edir”. YAP rəsmisi vurğulayıb ki, iki ölkənin hakim partiyaları arasında da əlaqələr yüksək səviyyədədir: “Əlaqələrin bundan sonra da inkişaf etdirilməsi hər iki tərəfin marağındadır”.

Rusiyadan Dövlət Gömrük Komitəsinə təşəkkür məktubu

22 İyun 2017 15:50

Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə təşəkkür məktubu ünvanlayıb. Komitədən “Olaylar”a verilən məlumata görə, məktubda bu il iyunun 14-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasının yüksək səviyyədə keçirilməsinə görə minnətdarlıq ifadə olunub. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə ünvanlanan məktubda deyilir: "Tədbirin yüksək səviyyədə təşkili və Sizin yaratdığınız dostluq mühiti sayəsində Şuranın iştirakçıları müzakirə olunan bütün məsələlərlə bağlı razılığa gələ bildilər.

Qubada sahibkarlara güzəştli kredit verilib

22 İyun 2017 15:48

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu bu sahədə növbəti işgüzar forumunu – Quba rayonunun Timiryazev qəsəbəsində keçirib.İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib ki, 2017-ci ilin ötən dövrü ərzində 653 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manata yaxın güzəştli kredit yönəldilib.

31 çörək istehsalı müəssisəsinə 55 milyon manat kredit verilib

22 İyun 2017 15:46

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən son illər 31 çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 55 milyon manat güzəştli kredit verilib. Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, artıq 29 müəssisə istifadəyə verilib. Bundan əlavə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 51 logistik mərkəzin yaradılmasına 163 milyon manat və 38 intensiv bağçılıq, tingçilik və üzümçülük təsərrüfatlarının yaradılmasına 56,6 milyon manat güzəştli kredit verilib. Logistik mərkəzlər əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, ixracın artmasında əhəmiyyətli rol oynayır və regionlarda yeni intensiv meyvə bağlarının salınmasını stimullaşdırır.