“İpək Yolu” VIII Beynəlxalq Şəki Musiqi Festivalı keçiriləcək

İyunun 27-dən iyulun 1-dək Şəki şəhərində “İpək Yolu” VIII Beynəlxalq Şəki Musiqi Festivalı keçiriləcək. Bəstəkarlar İttifaqından “Olaylar” – a bildirilib ki, təşkilatın sədri Xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, “İpək Yolu” VIII Beynəlxalq Şəki Musiqi Festivalı musiqi, dostluq və həmrəylik bayramına çevriləcək. Festival çərçivəsində konsertlər Şəkinin memarlıq abidələrinin önündə təşkil ediləcək. Bununla da Şəkinin tarixi, memarlığı, folkloru geniş şəkildə təbliğ ediləck. F.Əlizadə Şəki Xan Sarayı da daxil olmaqla Şəkinin tarixi hissəsinin UNESCO-nun Dünya İrsi Siyahısına salınmaq üçün namizədlərin siyahısında yer aldığını diqqətə çatdırıb. Festivalın proqramında Türkiyədən “İzmir Devlet Türk Dünyası Dans və Müzik Topluluğu”, İrandan “Təbriz” rəqs qrupu, Yaponiyada “Va-Liga” musiqi qrupu, Macarıstandan “Guessous Mesi Trio” qrupu, Gürcüstandan “Tolige” uşaq xoreoqrafik ansamblı və Polşadan müğənni Ania Broda konsert proqramı ilə çıxış edəcəklər.

İyunun 27-dən iyulun 1-dək Şəki şəhərində "İpək Yolu" VIII Beynəlxalq Şəki Musiqi Festivalı keçiriləcək. Bəstəkarlar İttifaqından "Olaylar" - a bildirilib ki, təşkilatın sədri Xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, "İpək Yolu" VIII Beynəlxalq Şəki Musiqi Festivalı musiqi, dostluq və həmrəylik bayramına çevriləcək.

Festival çərçivəsində konsertlər Şəkinin memarlıq abidələrinin önündə təşkil ediləcək. Bununla da Şəkinin tarixi, memarlığı, folkloru geniş şəkildə təbliğ ediləck. F.Əlizadə Şəki Xan Sarayı da daxil olmaqla Şəkinin tarixi hissəsinin UNESCO-nun Dünya İrsi Siyahısına salınmaq üçün namizədlərin siyahısında yer aldığını diqqətə çatdırıb.

Festivalın proqramında Türkiyədən "İzmir Devlet Türk Dünyası Dans və Müzik Topluluğu", İrandan "Təbriz" rəqs qrupu, Yaponiyada "Va-Liga" musiqi qrupu, Macarıstandan "Guessous Mesi Trio" qrupu, Gürcüstandan "Tolige" uşaq xoreoqrafik ansamblı və Polşadan müğənni Ania Broda konsert proqramı ilə çıxış edəcəklər.

Konsertlər Marxal Yay Teatrında, Şəki Xan Sarayında və Yuxarı Karvansarayda təşkil ediləcək. Festival Əməkdar İncəsənət Xadimi, bəstəkar Aygün Səmədzadənin müəllif gecəsi ilə açılacaq. Bağlanış mərasimində isə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblı çıxış edəcək. Festival çərçivəsində Şəki Musiqi Kollecində görkəmli bəstəkar, Xalq Artisti Cövdət Hacıyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçiriləcək. Həmçinin Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestrinin konserti olacaq.

Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə ənənəvi olaraq keçirilən bu festivalda ən yaxşı kollektivlərin çıxış etdiyini söyləyib. Festival çərçivəsində Cövdət Hacıyevə həsr edilmiş konsertdə Azərbaycan Televiziyası və Radiosunun C.Cahangirov adına Xorunun ifasında Cövdət Hacıyevin, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin əsərləri və Azərbaycan xalq mahnıları səslənəcəyini deyib.

Əməkdar İncəsənət xadimi Aygün Səmədzadə festivalın açılış mərasimində müəllif gecəsinin keçirilməsinin onun üçün böyük şərəf olduğunu bildirib. Dövlət Kamera Orkestrinin bədii rəhbəri Xalq artisti Teymur Göyçayev konsert proqramında maraqlı nömrələrin yer aldığını söyləyib. Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestrinin dirijoru Səməd Vəkilov orkestrin təqdim edəcəyi konsertdə Azərbaycan bəstəkarlarının əsərləri, filmlərdən sountrektlər, vətənpərvərlik mahnılarının ifa olunacağını qeyd edib.

Cövdət Hacıyevin oğlu, bəstəkar İsmayıl Hacıyev atasının 100 illiyinə həsr edilmiş musiqi festivalının keçirildiyini vurğulayaraq bildirib ki, belə tədbirlərdə C.Hacıyevin yubileyinin qeyd edilməsi olduqca qürurvericidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31