Teatr mövsümə “Çipollino” və “Yarımçıq qalmış”la yekun vuracaq
Gənc Tamaşaçılar Teatrı özünün 89-cu teatr mövsümünə yekun vurmağa hazırlaşır. Teatrdan “Olaylar” – a bildirilib ki, teatr mövsümə yeni tamaşa ilə nöqtə qoyacaq. İyunun 25 – də beynəlxalq layihə çərçivəsində görkəmli italyan uşaq yazıçısı Canni Rodarinin eyniadlı əsəri əsasında ərsəyə gələn yeni tamaşa - “Çipollino” – nun premyerası gözlənilir. Tamaşanın quruluşçu rejissoru Rostov “Maksimum” teatrının bədii rəhbəri, Rostov İncəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanova, səhnə redaksiyasının müəllifi teatrın baş rejissoru, əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşçusu əməkdar Artist Nicat Kazımov, rejissor assistenti Günay Qasımovadır.
22 İyun 2017 16:07 Teatr və kinoGənc Tamaşaçılar Teatrı özünün 89-cu teatr mövsümünə yekun vurmağa hazırlaşır. Teatrdan "Olaylar" - a bildirilib ki, teatr mövsümə yeni tamaşa ilə nöqtə qoyacaq.
İyunun 25 - də beynəlxalq layihə çərçivəsində görkəmli italyan uşaq yazıçısı Canni Rodarinin eyniadlı əsəri əsasında ərsəyə gələn yeni tamaşa - "Çipollino" - nun premyerası gözlənilir. Tamaşanın quruluşçu rejissoru Rostov "Maksimum" teatrının bədii rəhbəri, Rostov İncəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanova, səhnə redaksiyasının müəllifi teatrın baş rejissoru, əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşçusu əməkdar Artist Nicat Kazımov, rejissor assistenti Günay Qasımovadır.
Mövsümün son böyük tamaşası isə həmin gün saat 19.00-da nümayiş etdiriləcək "Yarımçıq qalmış"dır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "heykəltəraşlıq" fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş tamaşa Y.Abramov və L.Bəyimin "Xəyalpərvər oğlan" əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Ramiq Nəsirov, rəqslərin quruluşçusu Ella Hacıyeva, rejissor assistenti isə Sevda Hacışəmiyeva, mahnıların ifaçısı Çinarə Məlikzadədir