Gündəm

Mərkəz sədri: “ATƏT MQ iş başında deyil, tənzimlənmə ilə BMT məşğul olmalıdır”

22 İyun 2017 17:07

“ATƏT-in Minsk qrupunun regiona növbəti səfəri təsir gücünə görə əvvəlkilərdən tam fərqlidir”. Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.

Əli İnsanovun apellyasiya şikayəti rədd edildi

22 İyun 2017 17:04

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun Qaradağ rayon Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Əli İnsanovun vəkili Ağaveyis Şahverdi şikayətə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib. Vəkil bildirib ki, cinayət işindəki bir sıra hallara aydınlıq gətirilməsi üçün mütləq araşdırma aparılmalıdır: "Birinci instansiya məhkəməsində təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatət qaldırmışdıq. Çünki ekspertiza bizim ekspert qarşısında qoyduğumuz suallara cavab verməmişdi. Yəni ekspert rəyi tam deyildi. Amma vəsatətimiz təmin olunmadı".

Qəbələdə 2 yaşlı uşaq su quyusunda boğulub

22 İyun 2017 17:02

Qəbələ rayonunda 2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar2a verilən məlumata görə, iyunun 21-də Qəbələ rayonunun Hacıalı kəndində 2 yaşlı Rauf evlərinin həyətindəki su quyusuna düşərək boğulub.

“Ailə” TV-nin ofisinə silahlı basqın edilib

22 İyun 2017 17:01

Daxili İşlər Nazirliyi (DİN) “Ailə” TV-nin ofisinə basqınla bağlı məlumat yayıb. DİN-in Mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi (RPİ) və Nizami RPİ 24-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də Xətai rayonu ərazisindəki ofislərdən birində gözətçi işləyən Hüseyn Dünyamalıyevin mobil telefonunu və 160 manat pulunu, habelə ofisdə olan 3560 manat pulu quldurluq yolu ilə aparmaqda şübhəli bilinən paytaxt sakini Kamran Süleymanov tutulub.

Regional mədəniyyət və turizm idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib

22 İyun 2017 17:00

İyunun 22-də Gəncə şəhərində nazir Əbülfəs Qarayevin iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə müşavirəyə nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələrinin rəisləri, məsul əməkdaşları qatılıb.

Ramazan bayramı ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq

22 İyun 2017 16:58

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Ramazan bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub. Ramazan bayramı ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək.

"Gənclər və Elektron Hökumət" adlı təlim keçiriləcək

22 İyun 2017 16:57

İyulun 4-də "Gənclər və Elektron Hökumət" adlı təlim keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, təlim Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökümət Təlim-Tədris Mərkəzi, Məlumat Hesablama Məkəzi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən gənclər təşkilatlarının rəhbər və nümayəndələri üçün həyata keçirilir.

Mübariz Qurbanlı vətəndaşları qəbul edib

22 İyun 2017 16:53

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyunun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qəbələ rayonunda bölgə vətəndaşlarını qəbul edib. “OLAYLAR”-ın xəbərinə görə, qəbuldan öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev rayon icra hakimiyyətinin inzibati binasının foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyub, Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən qəbulda Komitə sədri Mübariz Qurbanlı Oğuz, Şəki və Qəbələ rayonlarından olan sakinlərin müraciətlərinə baxıb.

Nazir əmr imzaladı

22 İyun 2017 16:52

Səhiyyə naziri “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə” əmr İmzalayıb. Nazirlikdən “Olaylar” – a bildirilib ki, səhiyyə mütəxəssislərinin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədi ilə imzalanmış Əmrdə səlahiyyətli şəxs və qurumlara tapşırıqlar verilib. Əmrdə "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" ın təsdiqlənməsi və bu qaydaları səhiyyə idarə və müəssisələrinin rəhbərlərinin öz işlərində rəhbər tutmaları tapşırılır.

Çexiya klubu "Neftçi"də icarədə olan futbolçusunu geri qaytardı

22 İyun 2017 16:48

Çexiyanın "Slovan" klubu "Neftçi"də icarə müddəti başa çatan futbolçusu Zdenek Folpexti geri qaytarıb. Bu barədə Liberets komandasının baş məşqçisi İndrjix Trpişovski açıqlama verib. O bildirib ki, 26 yaşlı yarımmüdafiəçi yaxın vaxtlarda "Slovan"ın heyətində növbəti mövsümün hazırlıqlarına qoşulacaq. Hazırda əlində iltihab yarandığı üçün Folprext məşqlərdən kənarda qalıb.

Jirinovski: Rus soyqırımını inkar edən cəzalanmalıdır

22 İyun 2017 16:44

Rusiyanın Cinayət Məcəlləsinə rus xalqına qarşı soyqırımla bağlı yeni maddə əlavə etməyi planlaşdırırıq. Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. “Holokost, ermənilərin Türkiyədə qırğını haqqında qətnamə var. Rusları bunların hamısından əvvəl - 1914-cü ildə qırıblar. Bu maddəni əlavə etməklə biz rus soyqırımını inkar edənləri məsuliyyətə cəlb edə biləcəyik”, - deyə o bildirib.

Körfəz ölkələri Qətərdən nə istəyir? – Siyahı hazırlandı

22 İyun 2017 16:40

ABŞ Dövlət katibi Reks Tillerson Səudiyyə Ərəbistanı və müttəfiqlərin Qətərdən istəklərinin siyahısını hazırladığını açıqlayıb. Siyahının yaxın müddətdə Qətərə təqdim olunacağını deyən Tillerson şərtlərin həyata keçirilməsinin mümkün olduğunu bildirib. O, Küveytin münasibətləri yaxşılaşdırmaq cəhdlərini ABŞ-ın dəstəklədiyini də vurğulayıb.

Polşa Qırmızı ordunun abidəsini sökür – Qərar

22 İyun 2017 16:39

Polşa parlamentinin aşağı palatası kommunizm və digər totalitar quruluşların təbliğatının qadağan edilməsi haqqında qanuna dəyişiklik edib. Kult.az xəbər verir ki, dəyişikliklərin qəbul olunmasına 408 deputat səs verib. Buna qarşı yalnız 7 deputat çıxıb. Sənəddə sovet dövrünə aid abidələrin, eləcə də Qırmızı ordunun şərəfinə ucaldılan memorialın sökülməsi yer alıb. Belə ki, yeni dəyişikliklərə əsasən Polşada kommunizmi simvolizə edən abidələr qadağan olunub.

Bu, insanlığın faciəsidir – YUNESKO

22 İyun 2017 16:37

Suriyada Nuri məscidinin partladılması həm mədəni, həm də insani bir faciədir. Kult.az xəbər verir ki, bu sözləri YUNESKO-nun Baş direktoru İrina Bokova deyib. “Nuri məscidi və Hadba minarəsinin dağıdılması böyük faciədir. Biz mədəni irsi qorumağa çalışmalıyıq”, - deyə Bokova rəsmi Tvitter hesabında paylaşım edib. 

Kimya ixtisası üzrə SABAH qrupları tələbələrinin müdafiəsi həyata keçirilib

22 İyun 2017 16:30

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Kimya ixtisası üzrə SABAH qruplarının ingilis bölməsində təhsil alan tələbələrin Buraxılış Yekun Dövlət Attestasiya Komissiyasının iclasında iştirak edib. Universitetdən “Olaylar” – a verilən məlumata əsasən AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri, akademik Məhərrəm Məmmədyarovun sədrliyi ilə keçirilən iclasın sədr müavini, kimya fakültəsinin dekanı, professor Abdülsəid Əzizov, üzvləri isə professorlar – Məlahət Qurbanova, Oqtay Əkbərov, Eldar Əhmədov, İbrahim Məmmədov, Teymur İlyaslı, Ülviyyə Həsənova, Namiq Şıxəliyevdir. Tələbələr Günay İmanzadə “Modifikasiya edilmiş Hammer metodu ilə qrafen-oksidin alınması və onun quruluşunun tədqiqi”, Nəsrin Baxşəliyeva “Sıfır valentli dəmir nanohissəciklərin sintezi, stabilləşdirilməsi və membran texnologiyasında mümkün tətbiqi” mövzularında hazırladıqları buraxılış işlərini təqdim ediblər.