Mərkəz sədri: “ATƏT MQ iş başında deyil, tənzimlənmə ilə BMT məşğul olmalıdır”

“ATƏT-in Minsk qrupunun regiona növbəti səfəri təsir gücünə görə əvvəlkilərdən tam fərqlidir”. Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.

"ATƏT-in Minsk qrupunun regiona növbəti səfəri təsir gücünə görə əvvəlkilərdən tam fərqlidir". Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, ATƏT MQ həmsədrlərinin və Dağlıq Qarabağ münaqişəsi tərəflərinin davranışında baş verənləri belə qruplaşdırmaq olar:

I. Həmsədrlərin regiona səfəri zamanı bütün diqqət həmsədrlərin yayacağı bəyanata yönəlib. Bəyanatın məzmunu barədə aşağıda məlumat verəcəyik.

II. Səfər dövründə Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı mövqeyində kardinal dəyişikliklər başlayıb:

1. İşğal olunmuş ərazilərdə keçirilən hərbi təlimlərin sayı artıb.

2. Erməni hərbçilərinin aqressivliyi artıb. "Osa" Zrk-ların vurulmasından sonra ermənilər bir neçə dəfə Azərbaycanın mövqelərinə hücumlar ediblər. Azərbaycan ordusunun verdiyi cavab ermənilərə baha başa gəlib. Bir Azərbaycan hərbçisinin şəhid olması Ermənistanın 6 hərbiçi itirməsi ilə nəticələndi.

3. Dağlıq Qarabağda Xocalı aeroportunda təyyarələrin və hava şarlarının iştirakı ilə atəşfəşanlıq keçirildi. Guya bununla onlar Azərbaycana qeyri-adekvat cavab verirlər. Dağlıq Qarabağ ermənilərinə rəhbərlik edənlər psixoz vəziyyətindədirlər. Ona görə erməni prizmasından amoral hesab olunan addıma əl atdılar. 6 Ermənistan vətəndaşının Dağlıq Qarabağda ölməsini nəzərə almadılar, bayram atəşfəşanlığı etdilər. Əslində separatçılar bununla da mənəviyyat baxımından çürüklüyünü bir daha sübut etdilər. Vaxtı ilə Azərbaycan xalqına qarşı da belə mənəviyyatsızlıqla məşğul olmuşdular.

4. Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırır. Bunu hətta Ermənistan müdafiə nazirliyinin rəsmisi etiraf etdi: NATO-da qərarların konsensusla qəbul edilməsinə baxmayaraq Türkiyə heç vaxt NATO-Ermənistan münasibətlərinə əngəl törətməyib, əksinə yardım edib. Əksər erməni ekspertləri Ermənistan-Türkiyə münasibətlərindən razıdırlar və onların fikrincə, Dağlıq Qarabağda müharibə olacağı təqdirdə Türkiyə Azərbaycana lazımı dəstəyi verməyəcək. Reallıqda bu da ermənilərin mənəviyyatsızlığına bariz göstəricilərindən biridir. Dünənə qədər ermənilər türklərin 1,5 milyon ermənini qırdığı iddiası ilə bütün dünyaya haray-həşir salırdılar. İndi ermənilər türklərlə barışırlar. Ermənilərin özünə təlqini bu həddə çatıb.

5. Prezident və Qarabağ klanının başçısı S.Sərkisyanın hakimiyyəti başa çatır və bunu bəlli heyvanla müqayisə oluna bilən formada başa vurmaq istəyir.

III. Azərbaycan tərəfinin də ev hazırlığı göz qabağındadır:

1. Azərbaycan Prezidenti Cocuq Mərcanlıda olarkən mühüm iqtisadi mesajlar verdi.

2. Həmsədrlərin Azərbaycana səfərinin başladığı gün Azərbaycan ordusunun geniş miqyaslı hərbi təlimləri başladı. Həmsədrlər Ermənistanda olan ərəfədə Azərbaycan ordusu Türkiyə ordusu ilə birlikdə Naxçıvanda hərbi təlimlər keçirdi. Azərbaycanın diplomatiya istiqamətində təşəbbüskarlıq göstərmədən hərbə belə üstünlük verməsi həmsədrlər üçün mesajdır. Yaxın aylarda Dağlıq Qarabağ tənzimlənməsində hadisələrin gedişini məhz həmsədrlərin bu səfəri müəyyənləşdirəcəkdir.

Bəyanatın məzmunu yaranmış vəziyyətə adekvat deyil, erməniləri hərbi avatüralara şirnikləşdirir:

1. Həmsədrlərin çoxdan gözlənilən bəyanatı bir daha sübut etdi ki, həmsədrlər iş başında deyillər. Bəlkə də həmsədrlər beynəlxalq aləmə münaqişəni tənzimləmək gücündə olmadıqlarını çatdırdılar.

2. Qoşunların təmas xəttində və dövlət sərhəddində gərginlik münaqişənin həllini yubatmaq üçün alətdir. Ona görə də münaqişənin tənzimlənməsi onun həllini yubadan alətin ləğv edilməsini diqtə edir. Həmsədrlər isə bu aləti cilalamaqla məşğuldurlar.

3.Ermənilər işğal olunmuş Azərbaycan ərazilərində hərbi təxribatlar törədir, həmsədrlər isə Dağlıq Qarabağa müraciət ünvanlayır. Bu ermənilərin arzuladığı haldır. İşğal olunmuş Azərbaycan ərazilərində erməni hərbçilərin hamısı Ermənistan respublikası vətəndaşlarıdır.

4. Həmsədrlərin Yerevanda və Bakıda keçirdikləri görüşlərin təhlili danışıqların davamına kimin tərəfdar olduğunu aydın göstərir. Amma həmsədrlər Serj Sərkisyanın müzakirə etdiyi məsələlərin dialoqun davamı üçün şərait deyil, şərt olduğunu başa düşmək istəmirlər.

BMT TŞ işə qoşulmazsa, hadisələrin gedişi ordunun Dağlıq Qarabağ tənzimlənməsində ən böyük siyasətçi və diplomat olduğunu təsdiq edəcək". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31