Gündəm
“QHT-lərin hüquqi və maliyyə bilikləri artırılır”
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi “QHT-lərin hüquqi və maliyyə biliklərinin artırılması” adlı layihənin icrasını davam etdirir.
Yeni il tətilinin ləğvi təklif edilir
Rusiya Kommunist Partiyasının Dövlət Dumasındakı millət vəkilləri Yeni il tətilnin ləğv olunması ilə bağlı təklif irəli sürüblər. Deputatlar bu təklifi onunla əsaslandırıblar ki, ilin əvvəlində Rusiya vətəndaşları əməkhaqlarını ala bilmirlər. Bunun əvəzində 31 dekabr tarixinin qeyri-iş günü elan edilməsi təklif olunur.
Azərbaycan Prezidenti Lüksemburqun Böyük Hersoqunu təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə təbrik məktubu göndərib.
34 min manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəxtiyar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, B. Əliyev barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Hakimlər Kollegiyası qərar çıxararkən təqsirləndirilən şəxsin zərərçəkmişə dəyən ziyanı tam şəkildə ödəməsini nəzərə alıb.
Qatarın altında qalan uşaq durub qaçdı - Bakıda inanılmaz hadisə...
Bu gün Binəqədi rayonu ərazisində maraqlı hadisə baş verib. Saat 08:25 radələrində Bakı-Sumqayıt elektrik qatarı Biləcəri stansiyası yaxınlığında hərəkətdə olarkən maşınistlər 10-12 yaşlı uşağın qəfil qatarın qarşısına çıxdığını görüblər. Lakin onlar qatarın uşağı vurmasına mane ola bilməyiblər. Bununla belə maşınistlər qatarı saxlayıblar və reys təxminən 5 dəqiqə gecikmə ilə yerinə yetirilib.
Qızıl külçələri Azərbaycandan çıxarmağa çalışanların məhkəməsi başladı
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində külli miqdarda qızıl məmulatlarını Azərbaycandan çıxarmaqda təqsirləndirilərək həbs edilən 5 nəfərdən ibarət mütəşəkkil dəstə üzvlərinin işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Yunanıstanda üsyan başladı
Yunanıstanda bələdiyyələrin əmək müqavilələrinin müddətini uzatmaması kütləvi nümayişlərlə nəticələnib. İşsiz qalma təhlükəsi ilə qarşı-qarşıya qalan 2 mindən təmizlik işçisi paytaxt Afinanın küçələrinə çıxıb.
Bu gün vəzifəyə təyin olunan məşhur danışdı
Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə tanınmış opera müğənnisi, Xalq artisti Samir Cəfərov Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilib.
Bağdadi öldürülüb - RƏSMİ
İŞİD terror qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi böyük ehtimalla öldürülüb. Bu haqda Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər. Bir neçə gün əvvəl isə idarədən bildiriblər ki, İŞİD liderinin ölümünü təsdiq edəcək sübutlar yoxdur.
Qvatemalada 6,8 bal gücündə zəlzələ olub
Sakit okeanın Qvatemala sahillərində 6,8 bal gücündə zəlzələ olub. Məlumatı ABŞ Geoloji Xidməti yayıb. İnformasiyaya əsasən, yeraltı təkanların ocağı Puerto-San-Xose şəhərindən 38 km cənub-şərqdə yerləşib. Zəlzələ 10 km dərinlikdə baş verib. Dağıntı və itkilər barədə məlumat yayılmayıb.
Qazaxıstan Beynəlxalq Bankdakı pullarının bir hissəsini qaytardı
Qazaxıstanın Vahid Pensiya Yığımı Fondu tərəfindən Azərbaycan Beynəlxalq Bankına qoyulmuş investisiyaların bir hissəsi geri qaytarılıb. Virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Fondun Direktorlar Şurasının üzvü Kayrat Kelimbetov bildirib.
Jurnalist olmaqdan öncə əsl vətəndaş olmaq lazımdır
Artıq sayılı günlər qalıb. Təxminən bir ay sonra haqqı və ehtiyacı olan 255 jurnalistə mənzil veriləcək. Təbii ki, tam təmənnasız şəkildə. Bu möhtəşəm layihənin müəllifi isə möhtərəm Prezidentimiz İlham Əliyevdir. Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev. Dövlətimzin başçısı növbəti humanist addımı ilə bir daha sübut etdi ki, bu gün dünyanın heç bir ölkəsində jurnalistə bu qədər qayğı ilə yanaşılmır, onun sosial problemlərinə bu qədər həssas şəkildə diqqət göstərilmir. Dövlətimiz hər bir vətəndaşına sahib çıxmağı bacarır, o cümlədən həkiminə, müəllimnə, jurnalistinə...
Mübariz Əhmədoğlu: “BMT TŞ-nın qətnamələrinin reallaşması heç vaxt gec deyil”
“Dağlıq Qarabağ tənzimlənməsində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin reallaşması heç vaxt gec deyil. Ermənistan bu dörd qətnamənin əsas tələbini-işğalçı erməni qoşun birləşmələrini istənilən anda Azərbaycan ərazisindən çıxarmağa başlaya bilər. 1994-cü ildən bu günədək Dağlıq Qarabağ daxil olmaqla işğal olunmuş Azərbaycan ərazisindən Ermənistan bircə dənə hərbi texnikasını da çıxarmayıb”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.
"İslam Həmrəyliyi" ili çərçivəsində " Multikultural dəyərlərimiz" mövzusunda tədbir keçirilib
Nəsimi rayonunda İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayında iftar süfrələrinin təşkili ənənəvi hal almışdır. Növbəti belə tədbirlərdən biri də 21 iyun 2017-ci il tarixdə rayonun 1-ci mikrorayon ərazisində yerləşən «Ağdaş» restoranında rayon rəhbərliyi və ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlliləri, şəhid ailələri, 20 Yanvar və Çernobıl əlilləri və aztəminatlı ailələrin - iştirakı ilə keçirilmişdir.
İranda “Telegram”ın tutulan menecerləri aclıq aksiyasına başlayıb
İranda “Telegram” mesaj proqramının üç ay əvvəl tutulan menecerlərindən 4-ü aclıq aksiyasına başlayıb. İranın ali rəhbəri, ayətullah Seyid Əli Xaməneinin ailəsinə aid olduğu deyilən “jamaran.ir” internet saytı bu barədə məlumat yayıb. Menecerlərdən ikisinin vəkili Əli Müctehidzadə bu günə qədər müvəkkiləri ilə görüşə şərait yaradılmadığını bildirib: “Onların sağlamlığının vəziyyətindən də xəbərsizəm. Ancaq ailə üzvlərindən müvəkkilərimin aclıq aksiyasına başladığını eşitdim”.














