Yunanıstanda üsyan başladı

Yunanıstanda bələdiyyələrin əmək müqavilələrinin müddətini uzatmaması kütləvi nümayişlərlə nəticələnib.  İşsiz qalma təhlükəsi ilə qarşı-qarşıya qalan 2 mindən təmizlik işçisi paytaxt Afinanın küçələrinə çıxıb. 

Yunanıstanda bələdiyyələrin əmək müqavilələrinin müddətini uzatmaması kütləvi nümayişlərlə nəticələnib.  İşsiz qalma təhlükəsi ilə qarşı-qarşıya qalan 2 mindən təmizlik işçisi paytaxt Afinanın küçələrinə çıxıb. Nümayişçilər ilk olaraq Daxili İşlər Nazirliyinin qarşısına gediblər. Nazirlik binasına daxil olmaq istəyən nümayişçilərin qarşısı polis tərəfindən alınıb. Binanın girişində yığdığı zibilləri yandırmaq istəyən işçilər daha sonra parlament binasının qarşısına gediblər. Polis binaya daxil omaq istəyən nümayişçiləri bibər qazı və təzyiqli su ilə ərazidən uzaqlaşdırıblar. Publika.az xarici mediaya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31