Mübariz Əhmədoğlu: “BMT TŞ-nın qətnamələrinin reallaşması heç vaxt gec deyil” 

“Dağlıq Qarabağ tənzimlənməsində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin reallaşması heç vaxt gec deyil. Ermənistan bu dörd qətnamənin əsas tələbini-işğalçı erməni qoşun birləşmələrini istənilən anda Azərbaycan ərazisindən çıxarmağa başlaya bilər. 1994-cü ildən bu günədək Dağlıq Qarabağ daxil olmaqla işğal olunmuş Azərbaycan ərazisindən Ermənistan bircə dənə hərbi texnikasını da çıxarmayıb”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.

"Dağlıq Qarabağ tənzimlənməsində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin reallaşması heç vaxt gec deyil. Ermənistan bu dörd qətnamənin əsas tələbini-işğalçı erməni qoşun birləşmələrini istənilən anda Azərbaycan ərazisindən çıxarmağa başlaya bilər. 1994-cü ildən bu günədək Dağlıq Qarabağ daxil olmaqla işğal olunmuş Azərbaycan ərazisindən Ermənistan bircə dənə hərbi texnikasını da çıxarmayıb". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanı BMT qətnamələrinə riayət etməməkdə ittiham edən E.Nalbandyan öz ölkəsini beynəlxalq hüquqa riayət etdiyini sübut edə bilərdi: "Eləcə də BMT Təhlükəsizlik Şurasının sonuncu qətnaməsindən 15 il keçmiş 2009-cu ildə Yenilənmiş Madrid Prinsipləri qəbul edildi. Bu sənədin birinci maddəsində Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması açıq mətnlə göstərilir. Ermənistan Yenilənmiş Madrid Prinsiplərini, o cümlədən həmsədr ölkə prezidentlərinin 5 bəyanatını əsas kimi qəbul etdiklərini dəfələrlə bildirib. Amma 1 m2 də olsun Azərbaycan torpağını işğaldan azad etməyiblər. Bu istiqamətdə siyasi iradə də nümayiş etdirməyiblər.

Ermənistan XİN rəhbəri E.Nalbandyanın yalan danışdığı, beynəlxalq aləmi aldatdığı göz qabağındadır. Bunun iki səbəbini ehtimal etmək olar. I. Məzlum erməni imici yaratmağa sərf etdiyi vaxt və enerji E.Nalbandyanın psixologiyasında problemlər yaradıb. II. Ermənistanın təqdim etdiyi mövqe reallıqdan xeyli uzaqdır. İtaliyada keçirilən görüş zamanı hər iki səbəb E.Nalbandyanda eyni vaxtda özünü göstərdi. Dağlıq Qarabağ münaqişəsinin açıq siyasi mərhələsi Dağlıq Qarabağdakı ermənilərin müstəqillik tələbi ilə deyil, Ermənistana birləşmək qərarı ilə başladı. Dağlıq Qarabağ münaqişəsi regionunda dinc azərbaycanlılara atəş açaraq ilk qanı tökənlər də məhz ermənilərdir. Sumqayıt hadisələri bundan sonra baş verdi. Bu hadisələrdən əvvəl Ermənistan SSR-nin ərazisindən bütün azərbaycanlılar deportasiya olundu. Ermənistan SSR-dən azərbaycanlıların deportasiyası 1987-ci ilin dekabrın 25-də başa çatdı.

E.Nalbandyan beynəlxalq aləmi aldada bilər. Çünki beynəlxalq aləmdə heç də hamı Dağlıq Qarabağ münaqişəsinin mənşəyi və tənzimləmənin detalları barədə məlumatlara malik deyil. Amma E.Nalbandyanın danışdığının yalan və ya düz olduğunu erməni xalqı çox gözəl bilir. Erməni xalqının davranışı göz qabağındadır. Bu hakimiyyətin yalanlarına ölkəni tərk etməklə reaksiya verirlər. Eləcə də prezident S.Sərkisyanın yalanları da əhalini bezdirib. Nəticədə Ermənistanın və dünya erməniliyinin indiki vəziyyəti yaranıb. Prezident S.Sərkisyan və Xİ naziri E.Nalbandyan yalanı tərgitə bilməzlər. Yalanı tərgitmək onların şəxsi maraqları və səhhəti üçün təhlükə yaradır. Erməni xalqının maraqları isə onlar üçün ikinci dərəcəlidir". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31