Jirinovski: Rus soyqırımını inkar edən cəzalanmalıdır
Rusiyanın Cinayət Məcəlləsinə rus xalqına qarşı soyqırımla bağlı yeni maddə əlavə etməyi planlaşdırırıq. Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. “Holokost, ermənilərin Türkiyədə qırğını haqqında qətnamə var. Rusları bunların hamısından əvvəl - 1914-cü ildə qırıblar. Bu maddəni əlavə etməklə biz rus soyqırımını inkar edənləri məsuliyyətə cəlb edə biləcəyik”, - deyə o bildirib.
22 İyun 2017 16:44 DünyaRusiyanın Cinayət Məcəlləsinə rus xalqına qarşı soyqırımla bağlı yeni maddə əlavə etməyi planlaşdırırıq. Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. "Holokost, ermənilərin Türkiyədə qırğını haqqında qətnamə var. Rusları bunların hamısından əvvəl - 1914-cü ildə qırıblar. Bu maddəni əlavə etməklə biz rus soyqırımını inkar edənləri məsuliyyətə cəlb edə biləcəyik", - deyə o bildirib.
Qeyd edək ki, rusların iddiasına görə, 1914-1917-ci illər arasında Avstriya-Macarıstan imperiyası ruslara qarşı Ukraynanın qərbində etnik təmizləmə siyasəti aparıb. Rusiya tərəfi xüsusi olaraq təmizləmələrin Lvov şəhərində aparıldığını və on minlərlə rusun konslagerlərdə öldürüldüyünü bildirir. Axar.az