31 çörək istehsalı müəssisəsinə 55 milyon manat kredit verilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən son illər 31 çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 55 milyon manat güzəştli kredit verilib. Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, artıq 29 müəssisə istifadəyə verilib. Bundan əlavə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 51 logistik mərkəzin yaradılmasına 163 milyon manat və 38 intensiv bağçılıq, tingçilik və üzümçülük təsərrüfatlarının yaradılmasına 56,6 milyon manat güzəştli kredit verilib. Logistik mərkəzlər əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, ixracın artmasında əhəmiyyətli rol oynayır və regionlarda yeni intensiv meyvə bağlarının salınmasını stimullaşdırır.
22 İyun 2017 15:46 Sosialİqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən son illər 31 çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 55 milyon manat güzəştli kredit verilib. Bu barədə İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, artıq 29 müəssisə istifadəyə verilib. Bundan əlavə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 51 logistik mərkəzin yaradılmasına 163 milyon manat və 38 intensiv bağçılıq, tingçilik və üzümçülük təsərrüfatlarının yaradılmasına 56,6 milyon manat güzəştli kredit verilib. Logistik mərkəzlər əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, ixracın artmasında əhəmiyyətli rol oynayır və regionlarda yeni intensiv meyvə bağlarının salınmasını stimullaşdırır.