İlham Əliyev “Avaza” Kompleksinə gəldi
09:36 SiyasətOktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksinə gəldi.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Sonra Azərbaycan Prezidenti və tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31