Qarabağdan bütün dünyaya ağ ölüm təhlükəsi yayılır
Siyasi və iqtisadi baxımdan tənəzzülə uğrayan, böhran dövrünü yaşayan Ermənistan rəhbərliyi mövcud vəziyyətdən çıxış yolları axtarmaqdadır. Elə erməni rəsmilərinin müntəzəm olaraq Avropa, hətta ərəb ölkələrinə səfərləri də məhz bu məqsədə xidmət edir. Ancaq İrəvanın diplomatik cəhdləri heç də hər zaman uğurla alınmır. Daha doğrusu işğalçı ölkə ilə iqtisadi sahədə hansısa əməkdaşlığın perspektivsizliyi İrəvanın üz tutduğu dövlətlərə aydın məlum olduğundan bir çox hallarda ermənilərin ikitərəfli əməkdaşlıq niyyətləri reallaşmır. Və İrəvanın yenə də son ümid yeri Moskva və -Tehran olur. Lakin son illərdə dünyada iqtisadi böhran, bunun Rusiya iqtisadiyyatına təsiri, eyni zamanda İrana qarşı Qərbdən yeni təzyiqlərin başlaması Ermənistana şimal və cənub qonşumuzdan açılan nəfəsliyin daralmasına gətirib çıxarır. Və ona görə də Ermənistan hakimiyyəti mövcud böhrandan çıxmaq üçün alternativ yollar axtarışındadır.
22 İyun 2017 14:50 SiyasətGöksəl Gülbəy: "Prezident Serj Sərkisyanın qardaşının bilavasitə rəhbərliyi altında Qarabağdan və İrandan gətirilən narkotik maddələr Rusiya bazarlarına, oradan da erməni lobbisi vasitəsilə Avropaya daşınır"
Siyasi və iqtisadi baxımdan tənəzzülə uğrayan, böhran dövrünü yaşayan Ermənistan rəhbərliyi mövcud vəziyyətdən çıxış yolları axtarmaqdadır. Elə erməni rəsmilərinin müntəzəm olaraq Avropa, hətta ərəb ölkələrinə səfərləri də məhz bu məqsədə xidmət edir. Ancaq İrəvanın diplomatik cəhdləri heç də hər zaman uğurla alınmır. Daha doğrusu işğalçı ölkə ilə iqtisadi sahədə hansısa əməkdaşlığın perspektivsizliyi İrəvanın üz tutduğu dövlətlərə aydın məlum olduğundan bir çox hallarda ermənilərin ikitərəfli əməkdaşlıq niyyətləri reallaşmır. Və İrəvanın yenə də son ümid yeri Moskva və -Tehran olur. Lakin son illərdə dünyada iqtisadi böhran, bunun Rusiya iqtisadiyyatına təsiri, eyni zamanda İrana qarşı Qərbdən yeni təzyiqlərin başlaması Ermənistana şimal və cənub qonşumuzdan açılan nəfəsliyin daralmasına gətirib çıxarır. Və ona görə də Ermənistan hakimiyyəti mövcud böhrandan çıxmaq üçün alternativ yollar axtarışındadır.
Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASIMDER) sədri Göksəl Gülbəy deyir ki, Sərkisyan hakimiyyəti ölkənin iqtisadi durumunu düzəltmək üçün narkotika ticarətinə üstünlük verir. Onun sözlərinə görə, bu baxımdan Ermənistan narkotiklərin becərilməsində işğal olunmuş Azərbaycan ərazilərindən istifadəyə daha çox maraq göstərir. Paralel olaraq İrəvanın Dağlıq Qarabağda terror qruplaşmaları üçün təlim düşərgələri yaratdığını deyən ASİMDER rəhbəri bunun müqabilində terror təşkilatlarının Ermənistan hakimiyyətinə maddi dəstək verdiklərini diqqətə çatdırıb: "Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ əraziləri bu gün bütün dünya üçün real təhlükə zonasına çevrilib. Çünki bu gün nəzarətsiz zona olan Dağlıq Qarabağ terrorçu qrupların təlim və ticarət məkanlarına çevrilib. Hər kəsə məlumdur ki, terrorçular və narkotik ticarəti ən çox nəzarətsiz bölgələrdə geniş yayılır. Bu mənada terror təşkilatları və narkotik ticarətçiləri üçün Dağlıq Qarabağ əlverişli məkan hesab edilir. Bu gün Qarabağdan bütün dünyaya ağ ölüm təhlükəsinin yayılması həqiqəti inkar edilə bilməz. Ermənistanın Dağlıq Qarabağ ərazilərindən istifadə etməklə dünyaya ağ ölüm ixracını bütün dünya yaxın zamanda qəbul edəcək". Göksəl Gülbəy bildirib ki, Ermənistan regionda terrorçu, cinayətkar, narkotik və silah ticarəti ilə məşğul olan bir ölkə halına gəlib: "Azərbaycan, Türkiyə və İran xüsusi xidmət orqanlarının apardıqları araşdırmalar və hesabatlardan da aydın olur ki, narkotik ticarəti ilə məşğul olan qruplar və terrorçuların bu gün istifadə etdikləri ən etibarlı yol məhz Ermənistan üzərindən
keçir. Ermənistan isə bu sahədə Dağlıq Qarabağı üstünlük verir. Bu ticarətin marşrutu Əfqanıstan, İran, Qarabağ, Ermənistan və Rusiya istiqamətində aparılır. Bu gün Ermənistan və separatçı qondarma rejimin rəhbərliyi narkotik ticarətini birbaşa himayə edir. Azərbaycanın rəsmi şəxsləri də dəfələrlə işğal edilmiş Dağlıq Qarabağ ərazilərinin qaçaq dərman və narkotik ticarətinin məkanı olduğunu bildiriblər. Təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlar bu məsələyə ikili standartlarla yanaşırlar. Məsələn, BMT-nin illik hesabatında da dərman və narkotikanın əsas nöqtəsi Azərbaycan kimi göstərilib. Hesabatda Ermənistanın adının keçməməsi ikili standartların olduğunu göstərir. Təbii ki, bu da erməni lobbisi və xristian ölkələrin hesabatın hazırlanmasına müdaxiləsi ilə izah edilə bilər". ASİMDER rəhbəri qeyd edib ki, dünyada mövcud olan ikili standartlara rəğmən Dağlıq Qarabağın həm narkotik ticarəti, həm də terrorçu dəstələrin hazırlandığı əhəmiyyətli bir təlim düşərgəsi olduğu inkar edilə bilməz: "Beynəlxalq təşkilatlar öz mənfəətləri üçün Dağlıq Qarabağda narkotik ticarətinin və terrorizmin qarşısını almağa cəhd göstərmir. Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ və 7 rayonun ərazisində milli və beynəlxalq nəzarətdən kənar bu "nəzarətsiz zona" də narkotik istehsalı, emalı və daşınması təkcə Azərbaycan deyil, bəşəriyyət üçün təhlükədir. Bölgədə "ikinci Əfqanıstan" rolunu yerinə yetirən Dağlıq Qarabağ torpaqlarının bu istiqamətdə istifadə edilməsinə rəvac verən başlıca səbəb isə həmin ərazilərin nəzarətsiz qalmasıdır. Məşhur "Wikileaks" ın yaydığı məlumata görə, Dağlıq Qarabağın nəzarətsiz olması səbəbindən oradan narkotik maddə daşınmasında Ermənistan hökuməti, siyasi liderləri və keçmiş baş nazir Köçəryanın da payı var. Hər il daşınan narkotikdən əldə edilən gəlirin bir qismi məhz Köşəryana verilir. Eyni zamanda vurğulanır ki, hazırda İrandan Avropaya daşınan narkotik maddələrin böyük bir qismi Ermənistan və onun işğal etdiyi Dağlıq Qarabağın ərazisindən keçirilir. Ağ Evə məlumat ötürən amerikalı diplomatlar Dağlıq Qarabağdakı narkotik plantasiyaları başında kimlərin dayandığı açıqlayır. Dərc olunan məlumata görə, Ermənistanın yüksək rütbəli məmurları, o cümlədən Prezident Serj Sərkisyanın qardaşının bilavasitə rəhbərliyi altında Qarabağdan və İrandan gətirilən narkotik maddələr Rusiya bazarlarına, oradan da erməni lobbisi vasitəsilə Avropaya daşınır". ASİMDER rəhbəri onu da qeyd edib ki, hətta erməni maraqlarına xidmət edən sayt və KİV-lər də bu faktı açıq-aşkar qeyd edirlər: " Armenia Today portalının bir müddət əvvəl yaydığı xəbərə görə, Ermənistanda baş verən ağır sosial durumla əlaqədar narkotika və insan ticarətinə geniş yer verilib. Qeyd edilir ki, hər iki ticarət artıq dövlət səviyyəsində həyata keçirilir. Saytda yazılanlardan aydın olur ki, Ermənistan dövlət səviyyəsində bu işlə məşğuldur. Hətta Ermənistanın baş prokurorunun da narkotik ticarəti və porno film ticarəti ilə məşğul olduğu bildirilir".
Süleyman