Neft-qaz layihələrində əcnəbi işçi heyətin milli kadrlarla əvəzlənməsi müzakirə edilib  

2013-cü il noyabrın 14-də Dövlət Miqrasiya Xidmətinin (DMX) iştirakı ilə imzalanmış ““BP Eksploreyşn (Kaspian Si) Ltd” şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında milliləşdirmə sahəsində əməkdaşlığa dair protokol”a əsasən neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi qərara alınıb. “OLAYLAR”-ın xəbərinə görə, milliləşdirmə siyasəti ilə bağlı əldə olunan nəticələrə dair BP və Dövlət Neft Şirkəti nümayəndələrinin təqdimatla çıxış etdiyi görüşdə bu sahədə əldə olunan uğurlar diqqətə çatdırılıb.

2013-cü il noyabrın 14-də Dövlət Miqrasiya Xidmətinin (DMX) iştirakı ilə imzalanmış ""BP Eksploreyşn (Kaspian Si) Ltd" şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında milliləşdirmə sahəsində əməkdaşlığa dair protokol"a əsasən neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi qərara alınıb. "OLAYLAR"-ın xəbərinə görə, milliləşdirmə siyasəti ilə bağlı əldə olunan nəticələrə dair BP və Dövlət Neft Şirkəti nümayəndələrinin təqdimatla çıxış etdiyi görüşdə bu sahədə əldə olunan uğurlar diqqətə çatdırılıb.

DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev bildirib ki, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən DMX əcnəbi işçi qüvvəsindən istifadənin qanunamüvafiq olaraq tənzimlənməsi istiqamətində ardıcıl tədbirləri müvəffəqiyyətlə davam etdirir. Xidmət dövlətimizin başçısının qarşıya qoyduğu məqsədə uyğun olaraq, Azərbaycanın inkişafından, ilk növbədə, ölkə vətəndaşlarının bəhrələnməsinin təmin olunması üçün əcnəbilərin haqqıödənilən əmək fəaliyyətinə yalnız müəyyən edilmiş kvota çərçivəsində cəlb edilməsinə dövlət nəzarətini uğurla həyata keçirir. Dövlət Miqrasiya Xidməti milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması və yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədilə əmək miqrasiyası kvotasının sərtləşdirilməsinə və ölkədə innovativ, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq yüksək ixtisaslı əcnəbi işçilərin cəlb olunması mexanizminin yaradılmasına dair müvafiq tədbirlər görməkdədir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun, BP Azərbaycan şirkətinin insan resursları üzrə vitse-prezidenti Leyla Novruzovanın və xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin iştirak etdiyi görüşdə vurğulanıb ki, neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə artıq bir neçə ildir DMX tərəfindən ciddi nəzarət olunur. Çünki, ""BP Eksploreyşn (Kaspian Si) Ltd" şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında milliləşdirmə sahəsində əməkdaşlığa dair protokol"da bu sahəyə nəzarətin gücləndirilməsi prioritet olaraq müəyyən olunub. 2014-2018-ci illəri əhatə edən plana uyğun olaraq, milliləşdirmə siyasəti nəticəsində neft-qaz layihələrində işləyən Azərbaycan vətəndaşlarının sayının 78 faizdən 90 faizədək yüksəldilməsinə nail olunub. 2018-ci ilə bu sahədə milli kadrların 95 faiz təşkil etməsi hədəf olaraq müəyyənləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31