Məzunlar işlə təmin olunub

“Müasir Azərbaycan Peşəkarları Layihəsi” çərçivəsində 37 şagird işlə təmin olunub. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, həmin şagirdlər “Eldar Studio” və şəhərin digər gözəllik salonlarında işə başlayıblar. Belə ki, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Liseyi ilə “Eldar Studio” arasındakı əməkdaşlığa əsasən 2016-2017-ci tədris ilində 19 şagird ödənişli əsaslarla, 18 şagird isə dövlət sifarişi əsasında 1 illik təhsil müddətinə “bərbər” ixtisası üzrə tədris proqramına cəlb olunub. Proqrama həmçinin inklüzivlik komponenti də tətbiq olunub. Sağlamlıq imkanları məhdud 3 şagird inklüziv təhsilə cəlb olunmaqla istehsalat təcrübələrini uğurla başa vurub və “Eldar Studio”da işə başlayıblar.

"Müasir Azərbaycan Peşəkarları Layihəsi" çərçivəsində 37 şagird işlə təmin olunub. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, həmin şagirdlər "Eldar Studio" və şəhərin digər gözəllik salonlarında işə başlayıblar. Belə ki, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Liseyi ilə "Eldar Studio" arasındakı əməkdaşlığa əsasən 2016-2017-ci tədris ilində 19 şagird ödənişli əsaslarla, 18 şagird isə dövlət sifarişi əsasında 1 illik təhsil müddətinə "bərbər" ixtisası üzrə tədris proqramına cəlb olunub. Proqrama həmçinin inklüzivlik komponenti də tətbiq olunub. Sağlamlıq imkanları məhdud 3 şagird inklüziv təhsilə cəlb olunmaqla istehsalat təcrübələrini uğurla başa vurub və "Eldar Studio"da işə başlayıblar.

Qeyd edək ki, "Müasir Azərbaycan Peşəkarları Layihəsi"nin icrasına 2013-ci ildən başlanılıb. Layihə peşə təhsili sistemində dövlət-biznes əməkdaşlığının qurulması, işəgötürənlərin tədris prosesinə cəlb edilməsi və peşə təhsilli məzunlarının məşğulluq imkanlarının artırılmasına xidmət edir. Layihə çərçivəsində gənclərin peşə təhsilinə cəlb olunması, peşə təhsilinin nüfuzunun artırılması, özəl sektorla təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, müasir tələblərə cavab verən resurs mərkəzlərinin yaradılması, təhsil vəsaitlərinin, dərslik və materiallarının hazırlanması kimi tədbirlər həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31