“Qapı” oxuculara təqdim olunacaq
Yaxin zamanlarda Hədiyyə Şəfaqətin ilk şeirlər kitabının çap olunacağı gözlənilir. Bu barədə “Olaylar” – a məlumat verən Hədiyyə xanım bildirdi ki, kitab “VEKTOR”nəşrlər evində çapa hazırlanır. “Yaxın günlərdə işlər tamamlanacaq. Naşir Elçin İsgəndərzadə kitab təklifini 2014-cü ildə bildirmişdi. O zaman bunu elan etmişdik, razılaşma əldə olunmuşdu ki, şeirlərimi üç ay ərzində hazırlayıb təqdim edəcəyəm. Lakin üç ay üç il oldu, mən kitabı cürbəcür bəhanələrlə gecikdirdim. Son bir ildə isə dəfələrlə hazırlayıb, sonra saxladım. Qəribədir, Elçin bəyə bu müddət ərzində bir neçə dəfə “kitab hazırdır, nə zaman təqdim edə bilərəm?” yazırdım, o da eyni səbrlə “istədiyiniz zaman gətirin” deyirdi, sonra yenə nəsə olurdu. Hətta bu dəfə də, son anda, qapıdan çıxanda qayıdıb oturdum, düşündüm ki, nə edirəm, niyə edirəm, lazımdırmı, vaxtıdırmı? Üç il əvvəl çap olunmasını nəzərdə tutduğumuz yüz əlli şeirin heç beşdə biri qalmamışdı, keçən müddətdə xeyli şeirlər yazılmışdı, amma sağ qalan şeirlər get-gedə azalırdı. Qərar verdim ki, bu gün də olmasa, sabaha şeir qalmayacaq.
22 İyun 2017 14:10 MədəniyyətYaxin zamanlarda Hədiyyə Şəfaqətin ilk şeirlər kitabının çap olunacağı gözlənilir. Bu barədə "Olaylar" - a məlumat verən Hədiyyə xanım bildirdi ki, kitab "VEKTOR"nəşrlər evində çapa hazırlanır. "Yaxın günlərdə işlər tamamlanacaq. Naşir Elçin İsgəndərzadə kitab təklifini 2014-cü ildə bildirmişdi. O zaman bunu elan etmişdik, razılaşma əldə olunmuşdu ki, şeirlərimi üç ay ərzində hazırlayıb təqdim edəcəyəm. Lakin üç ay üç il oldu, mən kitabı cürbəcür bəhanələrlə gecikdirdim. Son bir ildə isə dəfələrlə hazırlayıb, sonra saxladım. Qəribədir, Elçin bəyə bu müddət ərzində bir neçə dəfə "kitab hazırdır, nə zaman təqdim edə bilərəm?" yazırdım, o da eyni səbrlə "istədiyiniz zaman gətirin" deyirdi, sonra yenə nəsə olurdu. Hətta bu dəfə də, son anda, qapıdan çıxanda qayıdıb oturdum, düşündüm ki, nə edirəm, niyə edirəm, lazımdırmı, vaxtıdırmı? Üç il əvvəl çap olunmasını nəzərdə tutduğumuz yüz əlli şeirin heç beşdə biri qalmamışdı, keçən müddətdə xeyli şeirlər yazılmışdı, amma sağ qalan şeirlər get-gedə azalırdı. Qərar verdim ki, bu gün də olmasa, sabaha şeir qalmayacaq. Apardım təqdim etdim"- deyə, Hədiyyə Şəfaqət bildirib.
Qeyd edək ki, kitab "QAPI" adlanacaq. Müəllif deyir ki, bir neçə ad üzərində düşünsə də son anda gözlənilmədən bu fikrə gəlib. "Bu mənim üçün də bir qapıdır, onun kandarınadək nələrdən keçib gəldiyim aydındır, lakin arxasında nələrin gözləyəcəyini özüm də bilmirəm. Düzü bunu heç düşünmək də istəmirəm"...