Ermənistan Qarabağda 12 PKK düşərgəsi yaradıb
Dünya dövlətlərinə də sirr deyil ki, hazırda Dağlıq Qarabağ ərazisi işğalçı dövlət tərəfindən narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə olunur.
22 İyun 2017 14:11 SiyasətDeputat: "Türkiyədən qaçan terrorçular Qarabağda gizlənir"
Dünya dövlətlərinə də sirr deyil ki, hazırda Dağlıq Qarabağ ərazisi işğalçı dövlət tərəfindən narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə olunur.
Qeyd edək ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində ölkənin 132 kilometrlik sərhədi nəzarət olunmayan əraziyə çevrilib. Bu da erməni tərəfinə həmin ərazilərdən öz cinayət məqsədlərini həyata keçirmək üçün əlverişli şərait yaradır. Əfqanıstan-İran-Dağlıq Qarabağ marşrutu üzrə ermənilər uzun müddətdir ki, narkotik maddələrin daşınmasını həyata keçirir. Ərazilərə nəzarət edilməməsi və beynəlxalq qurumların da bu istiqamətdə müvafiq addımlar atmaması isə problemi daha da dərinləşdirir, ermənilərin qeyd olunan istiqamətdə fəaliyyətinin genişlənməsinə rəvac verir. Digər tərəfdən bu, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə edilən ərazilərin əslində dünya üçün də təhdid mənbəyi olduğunu göstərir. Çünki buradan daşınan narkotik maddələr Avropa, hətta ABŞ-a qədər gedib çıxır. Eyni zamanda Qarabağdan daşınan narkotik maddələr Rusiyada geniş həcmdə realizə olunur. İşğal altındakı Azərbaycan ərazilərinin nəzarətdən kənar qalması təkcə ölkəmiz yox, bütün region və əslində, dünya üçün də ciddi təhdid mənəbyinə çevrilib. Söhbət heç də Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə həll olunacağı məqsədilə hərbi əməliyyatların miqyasının genişlənməsindən getmir. Söhbət zəbt edilmiş ərazilərin təhlükəsizliyi və nəzrətsiz zonada baş verənlərin Azərbaycana və digər ətraf dövlətlərə təsirindən gedir. Sirr deyil ki, bu gün Ermənistan işğalda saxladığı Azərbaycan torpaqlarında bəşəriyyət üçün çox ciddi olan başqa təhdid mənbələri də ərsəyə gətirib. Söhbət bölgəyə terrorçu dəstələrin cəlb olunması, Qarabağda terrorçuların hazırlanması kimi təhlükəli hallardan gedir. Yeri gəlmişkən qeyd edək ki, Ermınistanda terrorizm dövlət siyasətinə çevrildiyindən Türkiə və Suriyada baş verənlərvəziyyəti bir aza da qəlizləşdirib.
Təsadüfi deyil ki, Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey Ermənistanın terror təşkilatları ilə işbirliyinə dair sensasion iddia irəli sürüb. O, bildirib ki, Ermənistan işğal etdiyi Qarabağda 12 PKK düşərgəsi yaradıb və həmin düşərgələrdə 1750 PKK yaraqlısı yerləşdirib. Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Elman Məmmədov bildirib ki, terrorçuların Qarabağa yerləşdirilməsi təkcə bir ilin işi deyil: "Erməni terror təşkilatı olan ASALA ilə PKK arasında razılaşma mövcuddur. Onların əsas hədəfləri türklərdir. Bu iki təşkilatın mövqeyi üst-üstə düşür. Razılaşmaya əsasən ASALA və PKK türklərə qarşı birgə döyüşür. Uzun illərdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində PKK-nın düşərgələri salınıb. Türkiyədən qaçan terrorçuların böyük hissəsi Ermənistan tərəfindən Qarabağda yerləşdirilib. Terrorçular orada sərbəst yaşayırlar və lazım olanda ermənilərlə birlikdə Azərbaycan qarşı döyüşə gedə bilərlər. Ermənistanın Qarabağda terrorçulardan ibarət dəstələr formalaşdırması çox təhlükəli məsələdir. Ermənilərin PKK-çıların dərk etmədiyi gizli fikirləri mövcuddur. Çünki, elə bir vəziyyət olar ki, ermənilər özləri geri çəkilər, PKK terrorçuları Azərbaycan ordusu ilə üz-üzə qala bilər. Bu çox arzuolunmaz bir haldır. Hətta hesab edirəm ki, PKK üzvləri ermənilərin fitvası ilə Azərbaycanda terror aktları törədə bilərlər. Amma, bu məsələdə Azərbaycanın müvafiq qurumları həddən artıq diqqətlidir". E.Məmmədov vurğulayıb ki, Qarabağda təkcə, PKK yox, digər terror təşkilatlarına bağlı olan terrorçular da yerləşdirilir: "Ermənilərin bu hərəkətlərinə qarşı heç bir tədbir görə bilmirik. Terrorçu terrorçu ilə dost olur. Ona görə də PKK-dan başqa digər terror təşkilatlarının üzvləri də Qarabağda yerləşdirilir. Uzun illərdir bu proses gedir. Terror təşkilatlarının işğal olunmuş Azərbaycan ərazilərində təlim düşərgələri var. Hələ 1990-1991-ci illərdə Suriyada, Livanda, Latın Amerikası və Avropa ölkələrində yaradılan erməni terror təşkilatlarının muzdluları Dağlıq Qarabağa gətirilmişdi. Bu dəstələr Xocalı soyqırımı, Qaradağlı faciəsi kimi qırğınlarda iştirak ediblər". Millət vəkili qeyd edib ki, bu halların qarşısını almaq üçün terrorizmə qarşı mübarizədə beynəlxalq qurum mövcud olmalıdır: "Beynəlxalq terrora qarşı böyük güclər mübarizə aparmalıdır. Azərbaycanın işğal altında olan ərazilərinə nəzarət etmək imkanı yoxdur. Ona görə də Ermənistan rəhbərliyi dünyanın müxtəlif yerlərindən gələn terrorçuları Dağlıq Qarabağda yerləşdirilir və ermənilər öz çirkin niyyətləri üçün onlardan istifadə edirlər".
Nurlan