Kiyev merindən sakinlərə çağırış: Şəhəri müvəqqəti tərk edin – ÖZƏL
11:12 SiyasətOlaylar.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko Rusiya ordusunun kritik infrastruktura endirdiyi zərbələr və gözlənilən genişmiqyaslı böhran səbəbindən imkanı olan şəhər sakinlərinə paytaxtı müvəqqəti tərk etməyi məsləhət görüb. "France-Presse" agentliyinə müsahibəsində Kiyevin "sağ qalmaq rejimində" işlədiyini bildirən Kliçko Hava Hücumundan Müdafiə sistemləri yetərincə effektiv olmasa, vəziyyətin acınacaqlı həddə çatacağını vurğulayıb.
Energetika naziri Denis Şmıqalın da 8 oktyabrda böyük bir enerji obyektinin vurulduğunu təsdiqləməsinə baxmayaraq, mer şəhərin tam təxliyəsindən söz gedə bilməyəcəyini, çünki boşalmış şəhərlərin Putin üçün ən əlverişli ssenari olduğunu qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31