Ramazanın üstün özəlliyi

Müqəddəs Ramazan ayının özəlliklərindən biri də bu ayda Qədr gecələrinin olmasıdır. Qədr gecəsi gün batandan dan yeri görünənə qədər davam edir. Adətən Qədr gecəsində müsəlman əhli sabaha qədər ibadət edər, Qurani-Kərim oxuyar, özünü bir qədər də saflaşdırar. Ancaq son illərdə bu məsələdə də müəyyən neqativ hallar, arzuedilməz situasiyalar müşahidə edilməkdədir. Belə ki, yaşadığı zaman kəsiyində, yaxud Ramazan ayı boyunca bir dəfə oruc tutmayan, ibadətlə məşğul olmayanlar Qədr gecəsi ehtimal edilən günlərdə oruc tutar, ibadətlə məşğul olar. Və bununla da günahlarının bağışlandığını zənn edərlər. Bəs görəsən bu cür yanaşma nə dərəcədə doğrudur?

Əkrəm Həsənov: "İnsanların çoxu il boyu ibadət etmir, ancaq Qədr gecəsinə xüsusi önəm veririlər"

Müqəddəs Ramazan ayının özəlliklərindən biri də bu ayda Qədr gecələrinin olmasıdır. Qədr gecəsi gün batandan dan yeri görünənə qədər davam edir. Adətən Qədr gecəsində müsəlman əhli sabaha qədər ibadət edər, Qurani-Kərim oxuyar, özünü bir qədər də saflaşdırar. Ancaq son illərdə bu məsələdə də müəyyən neqativ hallar, arzuedilməz situasiyalar müşahidə edilməkdədir. Belə ki, yaşadığı zaman kəsiyində, yaxud Ramazan ayı boyunca bir dəfə oruc tutmayan, ibadətlə məşğul olmayanlar Qədr gecəsi ehtimal edilən günlərdə oruc tutar, ibadətlə məşğul olar. Və bununla da günahlarının bağışlandığını zənn edərlər. Bəs görəsən bu cür yanaşma nə dərəcədə doğrudur?

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da deyir ki, insanların çoxu il boyu ibadət etmir, ancaq Qədr gecəsinə xüsusi önəm veririlər. Onun sözlərinə görə, bu istər böyük alimlər tərəfindən, istər İslam icması tərəfindən qınanılsa da, haradasa burada Allah üçün xüsusi istək nəzərə çarpılır: "Belə ki, Qədr gecəsini insanların axtarmaları, bu gecə nə edəcəklərini düşünmələri deməli hələ də onların qəlbində imanın tumurcuqlarının olduğunu göstərir. Çünki heç vaxt Allaha iman etməyən və qəlbində zərrə qədər də olsa imanı olmayan şəxslər heç vaxt Qədr gecəsinə belə önəm verməzlər. Bəzi insanlar bunu çoxluqla bağlayırlar. Deyirlər ki, çoxluq belə etdiyi üçün imanın olub-olmamasından asılı olmayaraq hamı bu gecənin axtarışına çıxır. Ancaq mən düşünürəm ki, bu çoxluqla əlaqəli bir məsələ deyildir. Xüsusi ilə imanlı şəxslər bu gecənin axtarışına çıxırlar. Mən bunu əsas hesab edirəm. Yəni ən azından bu gecəni axtaranlara və bu gecə dua etmək istəyənlərə dəyər verirəm. Çünki o qədər insanlar vardır ki, bu gecəni saymırlar. Bu mühüm bir məsələdir. Hər kəsi də dəvət edirəm ki, bu gecə haqqında sual ünvanlayanlara bu gecə ediləcək əməlləri tövsiyə etsinlər. Dediklərim yanlış anlaşılmasın. İl boyu Allahı saymayanlar heç Qədr gecəsində də saymağa müvəffəq ola bilmirlər. Ona görə onlar heç Qədr gecəsi ilə bağlı maraqlanmırlar". Əkrəm Həsənov bildirib ki, Qədr gecəsi əsasən ən üstün məsələ ixlasını yoxlamaqdır: "Yəni bu gecəyə oyaq qalanda özün özünlə sual-cavab edirsən. Mən bu gecəni nə üçün oyaq qalmalıyam. Bu qədər insanlar hamısı bu gecə oyaq qalacaq, ona görə mən də oyaq keçirirəm cavabını verirsənsə yanılırsan. Çünki, düşünməlisən ki, mən bu qədər insanların oyaq qalmasına görə yox, məhz Allaha inandığım üçün və Allah təalanın razılığını qazanmaq üçün oyaq qalıram. Bu səbəblə mən bu vaxta qədər heç özümə gəlməmişəm. Heç vaxt Allaha düzgün ibadət qaydalarını öyrənib əməl etməmişəm. Heç vaxt nəinki Allahın razılığını qazanmaq üçün gecələr qalxıb gecə namazını qılmaq, heç digər namazlarımı da qılmamışam və heç Ramazan ayında hamı kimi oruc da tutmamışam. Buna görə mən özümü çox günahkar hesab edirəm. Əgər günahlarımı dağlarla, böyük sıldırım qayalarla ölçsələr mənim günahlarım daha çox olar. Ona görə mən bu gecə ancaq Allahdan bağışlanma istəməliyəm. Etdiyim bütün günahlarıma görə Allaha tövbə edib bağışlanma istəməliyəm. Çünki, bu gecə Qədr gecəsidir və hətta eşitmişəm ki, qədərlər də bu gecə təyin olunur. Ancaq mən bu vaxta qədər o qədər günahlarla dolu gəlib bu gecəyə çatmışam və ümid edirəm ki, Allahın Təvvab (Tövbələri qəbul edən), Ğafur (Bağışlayan) adları olduğu üçün məni bağışlayar. Ona görə bu gecəni tövbə etməklə və Allahdan bağışlanma istəməklə keçirməliyəm. Ancaq düşünürsən ki, bu illər boyu həmişə günlərini, aylarını, illərini ibadətlə keçirmisən, yenə də özünlə öyünməməlisən bu gecə. Allaha çoxlu dua edib bir daha bağışlanmanı istəməlisən və günahlarına görə tövbə edib bağışlanmanı istəməlisən. Çoxlu-çoxlu "Əstəğfirullaha və ətubu ileyhi" (Allahım Səndən bağışlanmamı istəyirəm və Sənə tövbə edirəm) deməlisən. Digər günlərdə qıldığın namazlar kimi və gecələrdə etdiyi ibadətlər kimi bu gecə də ibadətləri icra etməlisən. Xüsusi ilə işa namazından əvvəl və sonra qılınan sünnətləri də, yəni nafilə namazları da qılmalısan. Daha sonra Ramazana məxsus olan, gecə namazı kimi qılınan Təravih namazını qılmalısan. Bu namaz nafilə namaz sayılır. Allah Rəsulundan hər gecə nafilə namaz qılması rəvayət olunub. Onun həyat yoldaşı Onun gecələr 11 və ya 13 rəkat nafilə gecə namazı qılmasını rəvayət edib. Xüsusi ilə Ramazan gecələri bu namazı qılardı və Ramazan ayının son gündüz və gecələri isə məsciddə etiqafa çəkilərdi. Yəni artıq ailəsiynən Ramazanın son günləri və gecələri ünsiyyət qurmazdı və məsciddə olardı. İndi şəhər şəraitində insanlar bunu evlərində edə bilərlər. Yəni Məhəmməd peyğəmbərimiz Allaha daha çox şükr etmək, Onu daha çox zikr etmək, daha çox tövbə istiğfar etmək üçün belə edərdisə, görün biz adi insanlar bunu necə şiddətli etməliyik. Biz daha çox buna can atmalıyıq. Çünki, biz müjdələnməmişik, günahlarımızın bağışlanması üçün heç bir xəbər almamışıq. Allahın Peyğəmbəri bu xəbərləri aldığı halda yenə daha çox tövbə istiğfar edər və daha çox ibadət edərdi. Biz də Ona baxıb çox etməliyik". İlhaiyyatçı deyib ki, bu gecə səkkiz rəkat nafilə namaz qılınmalıdır. Ardınca isə 3 rəkat vitr namazı qılınır: " Əgər siz namaz qılmırsızsa və oruc da tutmursuzsa, buna baxmayaraq Qədr gecəsi bunu etmək istəyirsizsə buyurun edin. Ən azından bir günü və gecəni bunu edə biləcəksinizsə buyurun edin, bu heç kimə qadağan olunmayıb. Çünki, tövbə qapıları Qiyamətə qədər açıq saxlanılıb. O qədər insnalar olub ki, elə bu günlə, bu gecə ilə Allaha yaxınlaşmağa başlayıblar. Siz Allaha inanırısnızsa bu gecənin əhəmiyyətini dəyərləndirin. Bir rəvayətdə gəlib ki, bir kişi Abdullah ibn Abbasın yanına gəlir. Abbas peyğəmbərin əmisi olub, Abdullah da onun oğlu olub. Gəlb İbn Abbasdan soruşur ki, mən necə edim ki, bu Qədr gecəsini tapa bilim. Abdullah İbn Abbas ona deyir ki, ilin hər gecəsindən payın olsa, yəni ilin hər gecəsi oyaq qalıb gecə namazını qılsan mütləq Qədr gecəsini taparsan. Yəni Qədr gecəsi ilin günlərinin içərisində bir gündür. Sən hər günü ibadətlə, gecəsini gecə namazları və duaları ilə keçirsən mütləq birində Qədr gecəsinə düşəcəksən. Siz bunu təsəvvür edə bilirsinizmi? Deməli il boyu ibadət etməyib yalnız bir gün Qədr gecəsi ibadət edənlə o biri günləri və gecələri ibadət edənlərin arasında görün nə qədər fərqlər vardır. Amma Qədr gecəsi artıq məlumdur ki, hansı gecədir və Allah təala onu asanlaşdırıb. Bu səbəblə bu gecəni oyaq qalaraq çoxlu dua etmək lazımdır". Əkrəm Həsənov deyib ki, Qədr gecəsində çoxlu dualar oxumaq lazımdır.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31