“Erməniləri elə cəzalandırmaq lazımdır ki,...”

Erməni kəşfiyyatçının cəbhədə təxribat cəhdi edərkən əsgərlərimiz tərəfindən ələ keçirilməsi işğalçı ölkədə ciddi narahatçılığa səbəb olub. Bu narahatçılıq o qədər hiss edilir ki, hətta erməni rəsmilər baş vermiş hadisə ilə əlaqədar nə dediklərini belə bilmir, əvvəl verdikləri açıqlamanı bir neçə saat sonra təkzib edərək daha absurd açıqlamalarla çıxış edirlər.

Üzeyir Cəfərov: "Hər həftə, hər gün Azərbaycan tərəfindən sarsıdıcı zərbələr alsınlar"

Erməni kəşfiyyatçının cəbhədə təxribat cəhdi edərkən əsgərlərimiz tərəfindən ələ keçirilməsi işğalçı ölkədə ciddi narahatçılığa səbəb olub. Bu narahatçılıq o qədər hiss edilir ki, hətta erməni rəsmilər baş vermiş hadisə ilə əlaqədar nə dediklərini belə bilmir, əvvəl verdikləri açıqlamanı bir neçə saat sonra təkzib edərək daha absurd açıqlamalarla çıxış edirlər.

Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin bu barədə yaymış olduğu ilkin məlumatı əvvəlcə təkzib edən İrəvan iddia etdi ki, cəbhə xəttində hər hansı təxribat cəhdi olmayıb və guya bu Azəbaycan tərəfinin növbəti uydurmasıdır. Ötən gün Müdafiə Nazirliyinin ələ keçirilmiş erməni kəşfiyyatçı barədə yaydığə videogörüntü isə düşmən üçün sürpriz oldu. Ancaq ermənilər bu sürprizi də hər zamankı kimi özlərinə xas olaraq qarşılayıblar. Videogörüntülər yayılar-yayılmaz yenə düşmən tərəfi faktın ortalıqda olmasına baxmayaraq Azərbaycan tərəfini yalan məlumat yaymaqda ittiham etdi.

Baş vermiş hadisə, eləcə də erməni tərəfinin təkzib cəhdlərinə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov deyib ki, ermənilər kimi həyasız, tərbiyəsiz və vicdansız ikinci bir millət yer üzündə tapmaq çətindir. Onun sözlərinə görə, cəbhənin Tovuz-Qazax istiqamətində ələ keçən erməni hərbçisi ilə bağlı düşmən tərəfdə məlumatı olan da danışır, olmayan da: "İrəvanda oturub özünün facebook sosial səhifəsi vasitəsiylə gecə-gündüz yalanlar, dezinformasiyalar yayan Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Hovanesyan hadisə haqqında məlumat olan kimi bəyan etdi ki, bu yalandır, dezinformasiyadır, elə bir şey olmayıb. Ardıycan da, özünü "yuyulmamış qaşıq kimi ortalığa atan" "DQR" rəhbərinin mətbuat katibi David Babayan Xankəndi tərəfdən "banlamağa" başladı ki, bizim əsgərlərdən heç kim Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülməyib. Adama deyərlər ki, sən əvvəl öyrən, bil hadisə harda və necə olub, ondan sonra başla nə isə danışmağa. Nə vaxtdan Ermənistan-Azərbaycan dövlət sərhədi sənin olmayan ağlınla Xankəndi tərəfdən keçir? Bunlar dünəndən ellikcə başlıyıblar ki, guya Azərbaycan tərəfi yalan məlumat yayır, dezinformasiyadır və sairə. Dünən günortadan sonra bizimkilər bu ələ keçən xaçikin sir-sifətin nümayiş etdirdikdən sonra isə, yeni bir "üsula", "kəşfə" əl atıblar. Vallah, bunlar kimi şərəfsiz, bunlar kimi əclaf millət və xalq yer üzündə olmayıb və olmayacaq. Ən azından adam özü deyir ki, mən Ermənistan Respublikasının vətəndaşıyam və Noyenberyan rayonundanam. Pulla gedib sərhəddə xidmət keçirəm. Və siz bunu bildiyiniz halda, nədən öz vətəndaşınızdan imtna edirsiniz? Kişiliyiniz elə bu qədərdi?". Hərbi ekspert bildirib ki, məsələnin üstü açılandan sonra isə, dünən axşamdan ermənilər valı dəyişməyə başlayıblar: "Bu ələ keçən bədbəxti az qala

tüfeyli, türmədə yatan, psixi vəziyyəti qaydasında olmayan kimi təqdim etməyə çalışırlar. Necə deyərlər, "xoruzun quyruğu" artıq görünməyə başladı. Erməni yaramazlar gözəl bilirlər ki, indi bu ələ keçən öz köpəkləri nə vacib məlumatlar söyləsə, bunlar "daş atıb başlarını tutmağa" çalışacaqlar ki, yalandır, adam dəlidir və söylədikləri həqiqətdən uzaqdır. Hətta, fərz etsək ki, bu Ermənistan tərəfinin təqdim etdiyi kimidir. Onda, sual olunur ki, sizin bəh-bəhlə təriflədiyiniz dövlət sərhədiniz beləmi "etibarlı" qorunur, istənilən şəxs rahat şəkildə hardasa aza və ya yolunu səhv sala bilər? Aydın məsələdir ki, bu dəfə Ermənistan tərəfi çox pis yerdə "axşamlayıb". İndi biz bu hadisədən və faktdan sakit və ağıllı şəkildə elə istifadə etməliyik ki, mənfur və xain qonşularımızın manevr etməyə heç bir imkanları olmasın. Bu yaramaz və murdar erməniləri elə cəzalandırmaq lazımdır ki, ən azından hər həftə, hər gün bunlar Azərbaycan tərəfindən sarsıdıcı zərbələr alsınlar. Bəlkə onda bunların olmayan ağılları bir balaca yerinə gələ. Hələliksə, Ermənistan və onların əlaltıları olan separatçılar son bir neçə gündə ard-arda neçə zərbə alıblar. İdman termini ilə desək, bunlar həm nokaut olublar, həm də nokdaunlarının sayı artıq çoxalıb".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31