"Barselona"nın futbolçusu İspaniya millisindən imtina edir

"Barselona"nın hücumçusu Munir əl-Həddadi Mərakeş millisinin şərəfini qorumaq istəyir. 21 yaşlı futbolçu 2014-cü ilin sentyabrında İspaniya millisində debüt etdiyinə görə bu stəyi qeyri-mümkündür. Munir mayda mərakeş vətəndaşlığını qəbul etmək üçün sənəd imzalayıb.

"Barselona"nın hücumçusu Munir əl-Həddadi Mərakeş millisinin şərəfini qorumaq istəyir. 21 yaşlı futbolçu 2014-cü ilin sentyabrında İspaniya millisində debüt etdiyinə görə bu stəyi qeyri-mümkündür. Munir mayda mərakeş vətəndaşlığını qəbul etmək üçün sənəd imzalayıb. Onun valideynləri bu ölkədən İspaniyaya köçüblər. Gənc forvard istəyinə çatmaq üçün FİFA və İspaniya Futbol Federasiyasından icazə almalıdır. Bu, asan məsələ deyil. Federasiya daha öncə Boyan Krkiçin Serbiya, Borxa Valeronun isə İtaliya millisində oynamasına maneəçilik törətmişdi.  Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31