Daxili orqanında heroin, tiryək, həşiş qətranı və metadon aşkar edildi

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, şəxsi yoxlama zamanı zərurət yarandığı üçün sözügedən vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, həmin şəxsin düz bağırsağında narkotik vasitələr - 2 ədəd bükümdə ümumi xalis çəkisi 57,2 qram olan heroin, 1 bükümdə xalis çəkisi 6,0 qram olan tiryək, 1 bükümdə xalis çəkisi 1,981 qram olan həşiş qətranı, eləcə də 4 ədəd metadon adlı həb aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, şəxsi yoxlama zamanı zərurət yarandığı üçün sözügedən vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, həmin şəxsin düz bağırsağında narkotik vasitələr - 2 ədəd bükümdə ümumi xalis çəkisi 57,2 qram olan heroin, 1 bükümdə xalis çəkisi 6,0 qram olan tiryək, 1 bükümdə xalis çəkisi 1,981 qram olan həşiş qətranı, eləcə də 4 ədəd metadon adlı həb aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31