Azərbaycana gətirilən oğurluq maşın gömrükdə saxlanıldı
Avtonəqliyyat Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşı Cəfərov Zakir İsrafil oğlu tərəfindən “Sərbəst dövriyyə üçün buraxılış” gömrük rejimində rəsmiləşdirmək üçün ölkəyə gətirilmiş 2016-cı il buraxılışlı “MERCEDES BENZ VİTO TOURER” markalı nəqliyyat vasitəsinə baxış keçiriblər.
22 İyun 2017 12:40 KriminalAvtonəqliyyat Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşı Cəfərov Zakir İsrafil oğlu tərəfindən "Sərbəst dövriyyə üçün buraxılış" gömrük rejimində rəsmiləşdirmək üçün ölkəyə gətirilmiş 2016-cı il buraxılışlı "MERCEDES BENZ VİTO TOURER" markalı nəqliyyat vasitəsinə baxış keçiriblər. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı "MERCEDES BENZ VİTO TOURER" markalı nəqliyyat vasitəsinin Rusiya Federasiyasında oğurlanması və axtarışda olması müəyyən edilib.