İtaliyada ilk dəfə olaraq Azərbaycan film festivalı
İyunun 22-24–də Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evində İtaliyada ilk dəfə olaraq Azərbaycan film festivalı keçiriləcək. Kinostudiyadan “Olaylar” - a bildirilib ki, festival Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin İtaliyadakı səfirliyinin və digər qurumların dəstəyi ilə təşkil olunacaq. Festivalın keçirilməsində məqsəd Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələri gücləndirməkdi. Festivala iyunun 22-də “Əli və Nino” filminin nümayişi ilə start veriləcək. Açılışda filmin nümayişindən öncə İtaliyanın kino və akademik dairələrinin nüfuzlu nümayəndələrinin çıxışları nəzərdə tutulur.
22 İyun 2017 12:41 Teatr və kinoİyunun 22-24-də Romanın "Villa Borghese" parkındakı tarixi "Casa del Cinema" kino evində İtaliyada ilk dəfə olaraq Azərbaycan film festivalı keçiriləcək.
Kinostudiyadan "Olaylar" - a bildirilib ki, festival Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin İtaliyadakı səfirliyinin və digər qurumların dəstəyi ilə təşkil olunacaq.
Festivalın keçirilməsində məqsəd Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələri gücləndirməkdi.
Festivala iyunun 22-də "Əli və Nino" filminin nümayişi ilə start veriləcək. Açılışda filmin nümayişindən öncə İtaliyanın kino və akademik dairələrinin nüfuzlu nümayəndələrinin çıxışları nəzərdə tutulur.
Sonrakı iki gün ərzində əlavə olaraq altı bədii ("Hökmdarın taleyi", "Nabat", "İçərişəhər", "Pərdə", "Yarımçıq xatirələr", "Həddən artıq uyğunluq") və 2 sənədli ("Bir günəş altında", "Əbədi ezamiyyət") film italyan dilində alt yazılarla nümayiş olunacaq.