Prezident İlham Əliyev: Azərbaycan-Moldova münasibətlərinə əhəmiyyətli dinamika vermək vacibdir ki, çox iş görmək mümkün olsun

Azərbaycan-Moldova münasibətlərinə əhəmiyyətli dinamika vermək vacibdir ki, çox iş görmək mümkün olsun. Bunu Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Moldova Prezidenti İqor Dodonla təkbətək görüşündə deyib.

Azərbaycan-Moldova münasibətlərinə əhəmiyyətli dinamika vermək vacibdir ki, çox iş görmək mümkün olsun. Bunu Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Moldova Prezidenti İqor Dodonla təkbətək görüşündə deyib. Moldova Prezidenti İqor Dodonu salamlayan Azərbaycan Prezidenti İlham Əliyev bildirib: "Xoş gəlmisiniz. Əminəm ki, səfər yaxşı keçəcək və ikitərəfli münasibətlərin mühüm məsələlərini müzakirə edəcəyik. Bir çox məsələlər üzrə bütövlükdə fikir mübadiləsi aparacağıq. İkitərəfli münasibətlərə əhəmiyyətli dinamika vermək də vacibdir ki, çox iş görmək mümkün olsun. Sadəcə, həm rəhbərlik, həm də nazirlər, bütün əməkdaşlar fəal işləməlidirlər. Azərbaycana xoş gəlmisiziniz!" Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31