“Molla Pənah Vaqifin söz dünyası və məktəbi” adlı elmi sessiya
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “M.P.Vaqifin söz dünyası və məktəbi” adlı elmi sessiya keçirilib. Akademiyadan “Olaylar” – a bildirilib ki, tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov çıxış edərək dahi sənətkarın Azərbaycanın bədii söz və fikir tarixindəki rolundan danışıb. M.P.Vaqifin XVIII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olduğunu söyləyən alim onun öz ənənələri ilə seçilən ədəbi məktəb yaratdığını bildirib. R.Hüseynov Vaqifin Azərbaycanın siyasi mühitində də mühüm rol oynadığını, ictimai xadim kimi müdrikliyi və uzaqgörənliyi ilə tarixdə iz buraxdığını qeyd edib. Akademikin sözlərinə görə, Vaqifin ədəbi irsi və siyasi fəaliyyətinin dərindən araşdırılıb öyrənilməsi ədəbiyyatşünas alimlərin qarşısında duran əsas hədəflərdəndir.
22 İyun 2017 10:59 SosialAMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "M.P.Vaqifin söz dünyası və məktəbi" adlı elmi sessiya keçirilib.
Akademiyadan "Olaylar" - a bildirilib ki, tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov çıxış edərək dahi sənətkarın Azərbaycanın bədii söz və fikir tarixindəki rolundan danışıb. M.P.Vaqifin XVIII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olduğunu söyləyən alim onun öz ənənələri ilə seçilən ədəbi məktəb yaratdığını bildirib. R.Hüseynov Vaqifin Azərbaycanın siyasi mühitində də mühüm rol oynadığını, ictimai xadim kimi müdrikliyi və uzaqgörənliyi ilə tarixdə iz buraxdığını qeyd edib. Akademikin sözlərinə görə, Vaqifin ədəbi irsi və siyasi fəaliyyətinin dərindən araşdırılıb öyrənilməsi ədəbiyyatşünas alimlərin qarşısında duran əsas hədəflərdəndir.
"Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında" Prezident İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli Sərəncamını xatırladan akademik R.Hüseynov müstəqil Azərbaycanın tarixində M.P.Vaqifin yaradıcılığının ilk dəfə kütləvi şəkildə qeyd olunduğunu bildirib.
Sonra tədbir muzeyin Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyevin "Molla Pənah Vaqif - XVIII əsr şairi və ictimai xadimi", muzeyin elmi işçiləri Natəvan Bağırovanın "Molla Pənah Vaqifin gözəllik idealı" və Sevinc Heydərovanın "Vaqif irsi Azərbaycan şeirində və Nizami Muzeyinin ekspozisiyasında" adlı məruzələri ilə davam etdirilib.