Ronaldunun meneceri "Barselona" ilə danışıqlara başladı

Krişitanu Ronaldunun meneceri Xorxe Mendeş "Barselona" rəhbərliyi ilə görüşüb. Məşhur menecerin Barselonaya gedərək klub rəsmiləri ilə danışıqlar aparması müxtəlif şaiyələrə səbəb olub. Bildirilib ki, Mendeş "Real"dan ayrılmaq istəyən Ronaldu ilə bağlı danışıqlar aparıb. Amma "El Mundo Deportivo" görüşün portuqaliyalı futbolçu ilə bağlı olmadığını yazıb. Qəzetin əldə etdiyi məlumata görə, Mendeş "Barselona" rəhbərliyi ilə komandadan ayrılması gözlənilən Arda Turan və Andre Qomeslə bağlı görüşüb.

Bildirilir ki, Ardaya Çin, İtaliya, İngiltərə və Türkiyədən gələn təkliflərlə yanaşı, "Sportinq"in futbolçuya maraq göstərməsi Mendeş - "Barselona" görüşünün baş tutmasına səbəb olub. Andre Qomes məsələsində isə "Barselona"nın qərarı başqadı. Bu futbolçu "Barselona"da qalacaq. Bu futbolçunun xidmətində Mendeşin çalışdığı "Mançester Yunayted" və "Yuventus" maraqlıdı. Fanat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31