Gündə 300 qram ispanaq ye, “dəmir” əzələlərə sahib ol!

İsveçin Karolina İnstitutunun alimlərinin fikrincə, gündə 300 qram ispanaq yeməklə sözün əsl mənasında “dəmir” əzələlərə sahib olmaq mümkündür. Tədqiqatçılar müəyyən ediblər ki, məhz bu miqdarda yaşıl tərəvəz əzələlərin oksigenə tələbatını 5 faiz azaldır. Odur ki, əzələlərin effektivliyi xeyli artır.

İsveçin Karolina İnstitutunun alimlərinin fikrincə, gündə 300 qram ispanaq yeməklə sözün əsl mənasında "dəmir" əzələlərə sahib olmaq mümkündür. Tədqiqatçılar müəyyən ediblər ki, məhz bu miqdarda yaşıl tərəvəz əzələlərin oksigenə tələbatını 5 faiz azaldır. Odur ki, əzələlərin effektivliyi xeyli artır.

İspanağın faydalı xüsusiyyətləri barədə çox danışılıb. Bir neçə il əvvəl sübut olunub ki, ispanaqla korluğun bir neçə növünü müalicə etmək olar. Tədqiqatçılar ispanaqdan işıqudan piqmentlər əldə edib onları qişanın sinir hüceyrələrinə yeritmək üsulunu işləyib hazırlayıblar. Təcrübə göstərir ki, işıq sinir hüceyrələrini hərəkətə gətirir. Bu metod fotosintez prosesinin bir hissəsinə - işıq düşəndə ispanağın elektrik impulsunu generasiya etmək xüsusiyyətinə əsaslanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31