Norveç alimləri: Qələmlə yazmaq beynin inkişafına müsbət təsir göstərir

Qələmlə yazmaq beynin inkişafına müsbət təsir göstərir. Norveç alimləri belə bir nəticəyə gəliblər ki, qələmlə yazan uşaqlar klaviaturadan istifadə edənlərə nisbətən daha yaxşı oxuyurlar. Onlar bildiriblər ki, qələm və kitabdan kompüter monitoru və klaviaturasına keçəndə, beynin inkişaf prosesində nəsə itir. Çünki oxumaq və yazmaq bizim bir neçə hisslərimizi inkişaf etdirir.

Qələmlə yazanda, hərəkətlər əsasında beyin hərf və onların yazılardakı düzülüşünü yadda saxlamağa kömək edir. Klaviaturadakı düymələri basmaqla isə beyin bu mexanizmi yadda saxlaya bilmir. Alimlər iki qrup könüllü arasında bilmədikləri əlifba vasitəsilə bu təcrübəni sınamağa cəhd göstəribər. Qruplardan biri hərfləri qələmlə, digəri isə klaviaturadan istifadə etməklə yazıb. Bir müddət sonra aparılan araşdırmadan aşkar olub ki, qələmlə əlifba öyrənənlər klaviaturada yazanlardan daha yaxşı qavrama və yadda saxlama qabiliyyətinə malikdirlər.

Norveçin Stavanger Universitetinin professoru Ann Mangen bildirib ki, bir insan digərinin işini müşahidə edib onu dəqiq izləyərkən, həmin adamın həyata keçirdiyi prosesi öz beynində və yaddaşında daha yaxşı saxlayır. Halbuki bu işi özü görsəydi yaddaşı və qavraması o gədər güclü olmazdı. Qələmlə yazanda da eyni proses baş verir. Bu zaman proses uzun çəkdiyinə görə yazma hərəkəti və onun nəticələri klaviaturada yazmağa nisbətən daha yaxşı yadda qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31