İctimai nəqliyyatda ödəniş yeni üsulla olacaq

Payızda Bakının ictimai nəqliyyatında sərnişinlər üçün yeni təmassız ödəniş üsulu təqdim ediləcək. Bunu  layihəyə yaxın mənbə məlumat verib. Məlumata əsasən, Bakı Metropolitenində və sərnişin avtobuslarında quraşdırılmış kart-riderlərin də dəstəklədiyi xüsusi kartlar tədavülə buraxılacaq.

Bu kartların balansı "elektron pul kisəsi" vasitəsilə yüklənəcək. Yeni təmassız kartların gündəlik balansının avtomatik doldurulması da nəzərdə tutulur. Kartın yüklənməsi zamanı balansın dəyəri virtual hesabdan silinəcək. Yeni kartları "Azərpoçt" MMC-nin poçt şöbələrindən əldə etmək mümkün olacaq. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31