“Bitki ekologiyası" adlı kitab çapdan çıxıb
AMEA Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının müdiri, b.ü.e.d. Elman İsgəndərin “Bitki ekologiyası” adlı kitabı çap olunub. Akademiyadan “Olaylar” – a bildirilib ki, kitabda bitkilərin müxtəlif şəraitlərdə bioekoloji xüsusiyyətləri və fərqli ekaloji amillərə qarşı biruzə verdikləri əlamətlər öz əksini tapıb.
21 İyun 2017 16:38 SosialAMEA Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının müdiri, b.ü.e.d. Elman İsgəndərin "Bitki ekologiyası" adlı kitabı çap olunub. Akademiyadan "Olaylar" - a bildirilib ki, kitabda bitkilərin müxtəlif şəraitlərdə bioekoloji xüsusiyyətləri və fərqli ekaloji amillərə qarşı biruzə verdikləri əlamətlər öz əksini tapıb.
Ekoloji anlayışlar, biotik və abiotik amillərin bitkilərin morfologiyasına və fizioloji prosseslərinə təsiri, ətraf mühitlə bitkilər arasında qarşılıqlı əlaqə, bitkilərdə ekoloji həyat tsikli, ətraf mühitin mühafizəsi, bioloji məhsuldarlıq, ekoloji çirklənmə, kosmik tədqiqatların ekoloji problemlərin həllində rolu, Azərbaycanın nadir bitkiləri kimi mövzuları əhatə edən kitab bitki ekologiyası ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.